İQTİSADİYYAT


Bakıda “IADC Drilling Caspian” sərgi-konfransı keçiriləcək

Bakı, 5 fevral, AZƏRTAC

Beynəlxalq Qazma Podratçıları Assosiasiyası (International Association of Drilling Contractors-IADC) tərəfindən fevralın 20-21-də Bakıda “IADC Drilling Caspian” sərgi və konfransı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirin sponsorları SOCAR, BP, “Maersk Drilling”, SOCAR AQŞ, “Derrick” və “KCA Deutag” şirkətləridir.

Qeyd edək ki, baş ofisi ABŞ-ın Hyuston şəhərində yerləşən IADC neft və qaz kəşfiyyatı, quyu tikintisi, istismar, neft-mədən avadanlığının istehsalı və bu kimi müvafiq xidmətlər ilə məşğul olan 1600 üzv müəssisəni ətrafında birləşdirən qeyri-kommersiya təşkilatıdır. IADC 70 ilə yaxın bir müddətdə təhlükəsiz və səmərəli qazmanı təmin edən standartların tətbiqində tərəfdaşlara mütəmadi olaraq öz dəstəyini göstərməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.