İQTİSADİYYAT


Bakıda II Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi açılacaq

Bakı, 23 iyul, AZƏRTAC

Sentyabrın 12-14-də Bakıda II Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi “Gift&Promo 2019” keçiriləcək.

“Caspian Event Organisers” şirkətindən AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir.

Qeyd edək ki, “Gift&Promo 2019” sərgisi korporativ hədiyyələr və suvenirlər sahəsində təqdim olunan ölkədə və regionda yeganə beynəlxalq sərgidir. Burada promo məhsul və xidmətləri, VIP hədiyyələr, həmçinin hədiyyələr təqdim olunacaq. Eyni zamanda, reklam xidmətlərinin sifarişçilərinin suvenir və promo məhsulları istehsalçıları və distribüterləri ilə tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq yollarının müzakirəsi üçün unikal işgüzar platformadır.

Sərgiyə üç gün ərzində 3 minədək ziyarətçinin gələcəyi gözlənilir. Onların sırasında şirkət müdirləri, marketinq üzrə direktorlar, satınalma üzrə direktorlar yer alırlar.

Sərgidə VIP hədiyyələr, suvenirlər, korporativ hədiyyələr, dəri məhsulları, tekstil, bayraqlar və aksesuarlar, müxtəlif fəaliyyət növləri üçün uniforma, zərgərlik məmulatları, əl işləri, oyuncaqlar və müəllif kuklalar, floristika, xüsusi toy sektoru və sair nümayiş olunacaq. Tam siyahı ilə linkdən keçərək tanış olmaq mümkündür: https://giftfair.az/az-content/54.html.

Sərgi çərçivəsində müxtəlif B2B görüşlər, panel diskussiyalar, müsabiqələr, dəfilələrdən ibarət olan geniş işgüzar və əyləncə proqramları təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.