İQTİSADİYYAT


Bakıda IV “İKT innovasiyaları və startap ekosistemləri” istiqaməti üzrə seminar keçiriləcək

 

Bakı, 14 may, Pərvanə Rəhimova, AZƏRTAC

Mayın 29-dan 30-dək Bakıda “Şərq Tərəfdaşlığı” ölkələrinin “Rəqəmli bazarların uyğunlaşdırılması” (HDM) təşəbbüsü çərçivəsində IV “İKT innovasiyaları və startap ekosistemləri” (“ICT innovation and startup ecosystems”) istiqaməti üzrə seminar təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 14-də keçirilən mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun vəzifələrini icra edən Azər Bayramov deyib.

Seminarda Avropa Komissiyası, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarusun nümayəndələri və ekspertlər iştirak edəcək. Tədbirdə iştirakçı ölkələrdə innovasiya və startap ekosistemlərinin formalaşdırılması istiqamətində görülmüş işlər müzakirə olunacaq, ekspertlər tərəfindən Avropada həyata keçirilmiş ən yaxşı təcrübələr barədə məlumat veriləcək. Həmçinin 2019-2021-ci illər üçün “Şərq Tərəfdaşlığı” ölkələrinin “İKT innovasiyaları və startap ekosistemləri” istiqamətində birgə həyata keçiriləcək layihələri müzakirə olunacaq.

Seminar Azərbaycanda ilk dəfə keçiriləcək “İnnovasiya Festivalı” çərçivəsində baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.