MƏDƏNİYYƏT


Bakıda IX “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir

Bakı, 26 sentyabr, AZƏRTAC

Bakıda IX “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, festivalın keçirilməsində məqsəd dünyanın müxtəlif yerlərindən gələn turistlər, qonaqlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdən ibarətdir.

Sentyabrın 29-dək davam edəcək festivalda 17 rəssam dahi Azərbaycan şairi Nəsiminin əsərləri əsasında çəkilən səhnələrlə Qız Qalası maketləri bəzəyəcəklər. Hər bir tamamlanmış heykəl xüsusi rəsm üslubunu və hər bir rəssamın dekorasiyasını nümayiş etdirəcək.

Daha sonra bu müəllif işləri dünyanın müxtəlif ölkələrində nümayiş olunacaq, Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevriləcək. Festivalın təşkilatçıları diqqəti həm də ətraf mühitin mühafizəsi məsələsinə cəlb etməyə qərar vermişlər.

Qeyd edək ki, “Qız qalası” Beynəlxalq incəsənət festivalı 2010-cu ildən keçirilir. Dünyanın müxtəlif ölkələrindən gələn 100-dən çox tanınmış rəssam bu festivalda iştirak edib. Festival Bakı şəhərində və Fransanın Kann şəhərində reallaşdırılıb. Layihənin məqsədi 2000-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılmasıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.