İDMAN


Bakıda “İdman zonası” istifadəyə verilib

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də Bakıda “İdman zonası” istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Xətai rayonu, Əhmədli qəsəbəsində yaradılan "İdman zonası"nda minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, uzunluğu tullanma zolağı, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib. Bundan əlavə, sakinlərin istirahət etməsi üçün oturacaqlar quraşdırılıb.

Gənclərin internet tələbatını nəzərə alaraq və layihəyə dəstək məqsədilə idman zonası "Birlink" provayderi tərəfindən ödənişsiz “wi-fi” xidməti ilə təmin edilib.

Açılışda gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, idman səfirləri Aynur İmanova, Aliyə Paşayev, Maksim Medvedev, İslam Həmrəyliyi Oyunlarının qalibi, basketbolçu Zaur Paşayev də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.