Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “İndustriALL” Qlobal İttifaqının üzv təşkilatlarının subregional görüşü keçirilib

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Bakıda “İndustriALL” Qlobal İttifaqının üzv təşkilatlarının subregional görüşü işə başlayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Neft-qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, İndustriALL Qlobal İttifaqının Azərbaycandakı əlaqələndiricisi Cahangir Əliyev, İndustriALL Qlobal İttifaqının baş katibinin müavini Kamal Özkan giriş sözü ilə çıxış ediblər.

Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Görüş iştirakçılarını salamlayan AHİK sədri belə bir tədbirin Azərbaycanda təşkili üçün “İndustriALL” Qlobal İttifaqına və onun baş katibinin müavini Kamal Özkana təşəkkürünü bildirib.

Çıxışının əvvəlində S.Möhbalıyev respublikamız haqqında iştirakçılara qısa məlumat verərək bildirib ki, müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan 1918-ci ildə özünün müstəqilliyini - Azərbaycan Xalq Cümhuriyyətini elan etməklə əldə edib. Azərbaycan Xalq Cümhuriyyəti və onun parlamentinin yaradılması xalqımızın dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi və müstəqillik arzusunun reallaşması idi. Parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlətçilik yolunda atılan inamlı addımlar Azərbaycanın siyasi həyatında yeni səhifə açaraq ilk dəfə olaraq kişilərə və qadınlara bərabər seçki hüququ verdi. Təəssüflər olsun ki, 100 illiyini qeyd etdiyimiz bu Cümhuriyyət və onun Parlamenti cəmi 23 ay yaşayaraq xarici müdaxilə nəticəsində süquta uğradı. Ölkəmiz ikinci dəfə 1991-ci ildə SSRİ dağıldıqdan sonra müstəqilliyinə qovuşdu. Respublikamız 27 illik müstəqillik tarixi ərzində uğurlu inkişaf yolu keçərək regionun lider dövlətinə və sosial-iqtisadi inkişaf tempinə görə, dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilib. Hesab edirəm ki, Azərbaycanın qısa müddət ərzində belə böyük nailiyyətlər əldə etməsini şərtləndirən əsas amil respublikada sabitliyin mövcudluğu və uğurlu sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsidir.

Daha sonra AHİK sədri deyib ki, ölkə rəhbərliyi tərəfindən siyasi, iqtisadi islahatlara üstünlük verilməsi Azərbaycanın siyasi müstəqilliyini daha da möhkəmləndirib. Dünyanı bürüyən maliyyə və iqtisadi böhranlara baxmayaraq, Azərbaycan iqtisadiyyatında həyata keçirilən tədbirlər nəticəsində son 14 ildə 1 milyon 900 mindən çox yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 5,4 faizə, işsizliyin səviyyəsi isə 5 faizə enib, ölkədə əməkhaqqı 5, pensiyalar 8 dəfədən çox artıb. Ölkə iqtisadiyyatına 231 milyard manat sərmayə qoyulub. Azərbaycan bu gün dünyanın ən böyük enerji təminatçılarından biridir.

1994-cü il sentyabrın 20-də Xəzər hövzəsinin enerji resurslarının nəql edilməsi ilə əlaqədar imzalanan “Əsrin müqaviləsi” Azərbaycanı həlledici söz sahibinə çevirib. Azərbaycan tərəfindən irəli sürülən enerji təşəbbüsləri ölkəmizin uzunmüddətli inkişaf dinamikasını təmin etməklə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

“Əsrin müqaviləsi”nin icrası xalqları bir-birinə daha da yaxınlaşdırıb, bölgəyə sülh, sabitlik gətirib və ölkələrimizin dünyada mövqeyinin möhkəmləndirilməsinə təkan verib. Eyni zamanda, Trans Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə beynəlxalq saziş imzalanıb. TAP və Şahdəniz konsersiumlarının imzaladığı sazişlə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına birbaşa çıxış əldə edib. TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədlərində yerləşən Trans-Anadolu qaz-boru kəmərinə (TANAP) birləşəcək və nəzərinizə çatdırmaq istəyirəm ki, TANAP boru kəmərinin açılışı bu ilin iyun ayında Türkiyənin Əskişəhər şəhərində olub. Ümumi dəyəri 40 milyard dollar olan bu layihə Azərbaycan qazını Avropaya nəql edəcək.

AHİK sədri qeyd edib ki, Azərbaycan regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməkdədir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinin qovuşuğunda yerləşən və bu yaxınlarda istifadəyə verilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin iqtisadi imkanlarının genişləndirilməsində həlledici rola malikdir. Bakı-Tbilisi-Qars dəmir yolunun istismarına başlanması və Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin gələcəkdə istifadəyə verilməsi Avrasiya məkanında açıq dənizlərə çıxışı olmayan Azərbaycanı nəqliyyat və logistika mərkəzinə çevirir.

Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyi istiqamətində son illər atılan addımlar bu uğurların qazanılmasına şərait yaradıb. Təsadüfi deyil ki, Davos İqtisadi Forumunun hesablamalarında rəqabət qabiliyyətliliyinə görə respublikamız 35-ci yerə yüksəlib.

Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf baxımından üçüncü yerdədir. Biz bir çox geniş iqtisadi imkanları olan ölkələr sırasındayıq. Lakin respublikamızın sosial-iqtisadi uğurları daha çox ola bilərdi. Buna mane olan isə Azərbaycan dövlətini, onun xalqını, o cümlədən həmkarlar ittifaqını narahat edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemidir. Diqqətinizə çatdırım ki, Azərbaycanın 20 faiz torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. Azərbaycan Respublikasının torpaqlarının qeyri-şərtsiz işğaldan azad edilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri bu günə qədər yerinə yetirilməyib. Təəssüflər olsun ki, dünya birliyi bu ədalətsizliyə hələ də dözür. Problemin bu günə qədər həll olunmamasının başlıca səbəbi Ermənistanın sabiq və hazırkı rəhbərliyinin qeyri-konstruktiv mövqeləri və vasitəçilərin bu məsələyə biganə münasibətidir.

Bu gün Azərbaycanın hərbi qüdrəti imkan verir ki, biz münaqişəni hərbi yolla həll edək və Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Bunu 2016-cı ildəki Aprel döyüşləri və cari ildə Naxçıvan əlahiddə qoşun birləşməsinin apardığı əməliyyatlar sübut edir. Lakin biz sülhsevər xalqıq və münaqişənin sülh yolu ilə və beynəlxalq qanunlar çərçivəsində həll edilməsində maraqlıyıq.

S.Möhbalıyev daha sonra deyib: “Təbii ki, sosial-iqtisadi sahədə əldə olunmuş nailiyyətlərdə Azərbaycan Həmkarlar İttifaqlarının da rolu az deyil. XIX əsrin II yarısı və XX əsrin əvvəllərində formalaşmağa başlayan Azərbaycan həmkarlar ittifaqları yarandığı 1904-cü ildən işçilərin sosial-iqtisadi mənafeyinin həqiqi müdafiəçisinə çevrilib. Respublikamız ikinci dəfə müstəqillik qazandıqdan sonra, bütün sahələrdə olduğu kimi, Azərbaycan həmkarlar ittifaqlarında da islahatların həyata keçirilməsi zəruriliyi meydana çıxdı. 1993-cü il fevralın 5-də keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq, səlahiyyətlərini konfederativ tipli AHİK-ə verdi. 1994-cü ilin fevralında - keçmiş postsovet məkanında ilk dəfə olaraq - Azərbaycan Respublikasında “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi, bununla da təşkilatımızın normal fəaliyyətinə şərait yaradıldı. Bu gün AHİK 26 üzv təşkilatı və 1,5 milyonadək həmkarlar ittifaqı üzvünü öz ətrafında birləşdirir. Eyni zamanda, Konfederasiyanın tərkibində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, "Kurort" Səhmdar Cəmiyyəti, Respublika Turizm və Ekskursiyalar Şurası, İdman Təşkilatları İctimai Birliyi (AHİTA), “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyi fəaliyyət göstərir, "Ülfət" qəzeti nəşr edilir”.

S.Möhbalıyev bildirib ki, AHİK yarandığı gündən həmkarlar ittifaqı üzvlərinin sosial təminatlarına dair ölkədə qəbul edilən sosialyönümlü qanun və qərarların, normativ sənədlərin ekspertizasını keçirir, müvafiq təkliflərlə çıxış edir. Tərəfimizdən irəli sürülən təkliflərin demək olar ki, əksəriyyəti ölkəmizin qanunverici və icra orqanları tərəfindən müdafiə olunur. Bunun nəticəsidir ki, bizim təklifimizlə “Həmkarlar ittifaqları haqqında” Qanuna, əmək və inzibati xətalar məcəllələrinə və digər sosialyönümlü normativ hüquqi aktlara 120-dən çox önəmli əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklərdən ikisi xüsusi əhəmiyyət daşıyır. Əmək Məcəlləsinin 80-ci maddəsinə edilən dəyişikliyə görə, işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş maddəyə görə isə, işçilərin əməkhaqlarından tutulmuş üzvlük haqlarının həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına köçürülməməsinə görə vəzifəli şəxslərin 1000 manatdan 1500 manatadək cərimə edilməsi nəzərdə tutulur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq əlaqələrini də durmadan genişləndirir. Konfederasiya və onun üzv təşkilatları dünyanın nüfuzlu beynəlxalq həmkarlar ittifaqı birliklərinin fəal üzvləridir. Dünya həmkarlar ittifaqı hərəkatında yaxından iştirakımız nəticəsində bir sıra beynəlxalq tədbirlər, o cümlədən beynəlxalq mərkəzlərin icra orqanlarının səyyar iclasları, konfransları, seminarları və görüşləri respublikamızda keçirilib. Bu gün sizin təşkil etdiyiniz bu görüş və keçirəcəyiniz konfrans da məhz bu tədbirlərdəndir.

AHİK sədri deyib ki, təşkilat gənc olsa da, (2012-ci ildə yaranıb) az müddətdə üzv təşkilatlarla müxtəlif maraqlı tədbirlər keçirib. Bizim üçün xoşdur ki, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri HİRK-nin sədri ittifaqınızın İcraiyyə Komitəsində təmsil olunub. Keçirdiyiniz tədbirlərin bir neçəsi respublikamızın paytaxtında və regionlarında (İsmayıllı rayonu) keçirilib. Eyni zamanda, təşkilatınız respublikamızda olan üzvlərini (Metal İşçiləri Hİ Federasiyası, Neft və Qaz, Elektroenergetika Sənayesi, Yerli Sənaye və Kommunal Məişət Müəssisələri İşçilərinin HİRK) məlumat xarakterli materiallarla, jurnalla və təcrübə materialları ilə təmin edir.

Əsas məqsədi işçilərin birləşmə hüquqlarının azadlığının tanınması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması, diskriminasiya hallarının bütün formalarına son qoyulması olan bu təşkilatın kollektiv danışıqların aparılmasına nail olmaq istiqamətində yürütdüyü məqsədyönlü fəaliyyət təqdirəlayiqdir.

Çox yaxşı haldır ki, qloballaşan korporasiyalarda həmkarlar ittifaqlarının və onların üzvlərinin əmək və sosial hüquqlarının qorunmasında milli həmkarlar ittifaqlarına yardımçı olmaq da “İndustriALL” Qlobal İttifaqının məqsədlərindən biridir. Respublikamızda fəaliyyət göstərən transmilli şirkətlərdə, o cümlədən neft sənayesində çalışan beynəlxalq şirkətlərdə həmkarlar ittifaqlarının yaradılmasında problemlər mövcud olduğundan işçilərin sosial-iqtisadi hüquqlarının pozulması adi hala çevrilir. Hesab edirəm ki, “İndustriALL” Qlobal İttifaqı bu sahədə milli həmkarlar ittifaqlarına kömək etmək üçün transmilli şirkətlərin baş ofisləri ilə danışıqlar apararaq bu məsələlərin həllinə yardımçı ola bilər. Ümid edirəm ki, bugünkü subregional görüş ittifaqınıza üzv olan milli həmkarlar ittifaqlarının bir-birini yaxından tanıması, fikir mübadiləsi aparılması, qarşılıqlı müsbət təcrübələrin öyrənilməsi üçün çox gözəl imkan yaradacaq.

Üç gün davam edəcək tədbirdə “İndustriALL” Qlobal İttifaqının 2017-ci ilin oktyabrında keçirilən subregional görüşündən keçən müddət ərzində inkişafı və fəaliyyəti haqqında çıxışlar, regiondakı fəaliyyəti barədə təqdimatlar, MDB ölkələrində hərəkət və kampaniyalar haqqında iştirakçı ölkələrin həmkarlar ittifaqlarının məlumatları və digər məsələlər dinləniləcək, həmçinin “İndustriALL” Qlobal İttifaqının və Xəzər regionu neft-qaz işçiləri həmkarlar ittifaqlarının birgə iclası keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 mindən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Naxçıvan şəhərində evdə baş verən yanğın söndürülüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq – EKSKLÜZİV

Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu

NDU-nun kafedra müdiri: Naxçıvanda fiziki məhdudiyyətli uşaqların sayı azalıb

Cari ilin birinci rübündə ixrac edilən xam neft və neft məhsullarının dəyəri açıqlanıb

Emin Əmrullayev: Dünya universitetlərinin reytinq siyahısında yer almaq üçün ixtisaslaşma vacib rol oynayır

Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Birinci rübdə neft koksunun ixracı 7 faizdən çox azalıb

Azərbaycanda Türkiyənin Sığorta Birliyinə bənzər təşkilatın yaradılması nəzərdə tutulur

Məleykə Abbaszadə: Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir - EKSKLÜZİV

“İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” kitabının VI cildi nəşr olunub

Məhkumluqdan azad olunmasına üç ay qalmış bir qrup şəxsin qiymətləndirilməsi aparılıb

Taksford At Muzeyi onilliyini qeyd edir

Si Cinpin Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edib

Naxçıvanqalanın bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən ön divarlarından biri uçub

Şərurun Kərimbəyli kəndində yanğın baş verib VİDEO

Energetika naziri: Azərbaycan yaşıl hidrogen üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq

Azərbaycan Premyer Liqasında daha iki turun oyun cədvəli açıqlanıb

“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Kopenhagendə birja binasında yanğın baş verib

Tovuzda 23 yaşlı gənc bıçaqlanıb VİDEO

ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib