Bakıda “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçiriləcək
AzerTAg.az
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Bakıda “InnoWeek - İnnovasiyalar həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Rəşad Əzizov oktyabrın 14-də Bakıda keçirilən mətbuat konfransında deyib.
“Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) təşkilatçılığı ilə baş tutacaq. Dəyirmi masa çərçivəsində innovasiya ekosistemi iştirakçıları - hökumət və qeyri-hökumət qurumları, agentliklər, inkubasiya-akselerasiya mərkəzləri və digər əlaqədar təşkilatların rəhbərləri iştirak edəcəklər”, - deyə o bildirib.





Xəbərin mətnində orfoqrafik səhv var