İQTİSADİYYAT


Bakıda “İsrael open” yarmarkası keçiriləcək

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Bakıda “İsrael open” yarmarkası təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, Nizami Kino Mərkəzində keçiriləcək yarmarkada İsrailin iqtisadiyyat və biznes, səhiyyə, sosial təminat, təhsil, ixtisas oriyentasiyası sahələrində imkanlar və perspektivlər barədə məlumat təqdim olunacaq.

Tədbir çərçivəsində İsrailin müxtəlif sahə və strukturlarının nümayəndələri, proqramların koordinatorları, təhsil müəssisələrinin nümayəndələri, incəsənət xadimləri ilə görüşlər planlaşdırılır. Həmçinin iştirakçılar üçün təqdimatlar, mühazirələr, müsabiqələr, lotereya və İsrailə səyahət şansı təklif ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.