CƏMİYYƏT


Bakıda “İstedadların idarə edilməsi və mükafatlandırma sistemi” mövzusunda konfrans keçirilib

Bakı, 11 may, AZƏRTAC

Mayın 11-də “Mercer Türkiyə” təşkilatının və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) əməkdaşlığı ilə “İstedadların idarə edilməsi və mükafatlandırma sistemi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda özəl və dövlət şirkətlərinin nümayəndələri, insan resursları idarəçiləri və nazirliklərin təmsilçiləri iştirak ediblər.

Tədbirdə “Mercer” təşkilatının dünyada və Türkiyədə insan kapitalı sahəsində göstərdiyi xidmətlərlə yanaşı, 2019-cu il Qlobal İstedad Trendləri Araşdırmasının nəticələrindən, gələcəyin iş həyatından (Future of Work), “Mercer”in istedad və mükafatlandırma sistemlərinə, maaş idarəetməsinə yanaşmalarından və araşdırmalarından söhbət açılıb.

AİRA-nın təmsilçisi Nərgiz Seyidzadə çıxış edərək tədbirin əhəmiyyətini və insan resursları sahəsinə töhfəsini vurğulayaraq, insan kapitalına yatırımların ən vacib investisiya olduğunu bildirib.

“Mercer Türkiyə”nin baş direktoru Dinçer Güley çıxışında təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.

İnsan resursları sahəsində qlobal miqyasda, eləcə də Azərbaycanda çətinlik və imkanların, prioritetlərin müzakirə olunduğu konfrans maraqlı fikir mübadiləsi şəraitində davam edib.

“Mercer Türkiyə” AİRA ilə strateji əməkdaşlıq şəraitində Azərbaycan bazarında ehtiyac duyulan insan resursları ilə bağlı məsələlərin həllinə dəstək vermək niyyətini ifadə edib.

Tədbirdə “Mercer Türkiyə” və AİRA arasında memorandum imzalanıb. Memorandumda hər iki qurumun Azərbaycanda fəaliyyət göstərən özəl və dövlət sektorunun insan resursları sahəsindəki ehtiyacları ilə bağlı qarşıdakı dövrdə yeni layihələr həyata keçirmək istiqamətində əməkdaşlığı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.