CƏMİYYƏT
Bakıda “İstedadların və mükafatlandırma sisteminin idarə edilməsi” mövzusunda konfrans keçiriləcək
Bakı, 10 may, AZƏRTAC
Mayın 11-də “Boulevard Hotel”də “İstedadların və mükafatlandırma sisteminin idarə edilməsi” mövzusunda konfrans keçiriləcək. Tədbir dünyada insan resursları üzrə konsultasiya sahəsində reytinqdə birinci yerdə duran “Mercer” təşkilatı ilə Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) birgə əməkdaşlığı çərçivəsində keçiriləcək.
AİRA-dan AZƏRTAC-a bildiriblər ki, konfransda dünyanın, eləcə də Azərbaycanın tanınmış özəl və dövlət sektorundakı insan resursları rəhbərləri, həmçinin dövlət rəsmiləri iştirak edəcəklər.
Konfrans “Mercer” təşkilatının təcrübəsinin və qlobal əmək bazarındakı tendensiyaların öyrənilməsinə, yeni çağırışların səsləndirilməsinə, həmçinin Azərbaycanda insan resurslarının idarə edilməsi sahəsinin inkişafına töhfə verəcək.