MƏDƏNİYYƏT


Bakıda İsveçrə və Azərbaycan fotoqraflarının sərgisi açılacaq

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 23-də Müasir İncəsənət Muzeyində isveçrəli fotoqraf Sedrik Kristofer Merklinin “Yustistalda pendir bölüşdürülməsi” və azərbaycanlı fotoqraf Elmar Mustafazadənin “Sənətkarlıq ustaları” adlı fotosərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi İsveçrənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə reallaşacaq.

Merklinin fotoları İsveçrə Alpında fermerlərə məxsus qədim ənənəyə həsr edilib. “Çastaylet” adlanan 300 illik bu ənənə Yustistalda hər payız bayram edilir.

Mustafayevin fotoları isə Azərbaycanda qədim və ənənəvi sənətkarlığı əks etdirir. Bu fotolar sənətkarlığa və qədim Azərbaycan incəsənətinin təbliğinə həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.