ELM VƏ TƏHSİL
Bakıda “Kanadada təhsil” sərgisi keçirilib VİDEO
Bakı, 17 sentyabr, Günel Məlikova, AZƏRTAC
Sentyabrın 17-də “Hilton Baku” otelində Bakı Təhsil Məlumat Mərkəzinin təşkilatçılığı ilə “Kanadada təhsil” adlı sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgi iştirakçıları Kanadanın “CAİS Boarding School”, “Camosun College”, “Capital English Solutions”, “Centennial College of Applied Arts and Technology”, “Fulford Preparatory college”, “The Great Lakes college of Toronto” kimi bir sıra nüfuzlu universitet, məktəb və kolleclərinə qəbul qaydaları ilə tanış olublar. Tədbirdə bu təhsil müəssisələri barədə stendlər nümayiş etdirilib.
İştirakçılar, həmçinin Kanadada yay məktəbləri, orta məktəb və magistr proqramları ilə bağlı məlumatlandırılıblar.
Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda nəzərdə tutulan güzəştlər, üstünlüklər və digər məsələlərlə bağlı sualları cavablandırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]