İQTİSADİYYAT


Bakıda Koreya kənd təsərrüfatı məhsulları nümayiş olunacaq

Bakı, 21 sentyabr, AZƏRTAC

27 sentyabr Ümumdünya Turizm günü münasibətilə Bakıda Koreya kənd təsərrüfatı məhsulları nümayiş olunacaq.

Tədbirin təşkilatçıları - Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi, Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), Dream Trading (Koreya qida məhsullarının ixracını həyata keçirən şirkət), Koreya Aqro-Balıqçılıq və Ərzaq Ticarəti üzrə Korporasiyası, Koreya Respublikası Kənd Təsərrüfatı, Ərzaq və Kənd işləri Nazirliyidir.

Koreyanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Koreya mədəniyyətini özündə əks etdirən tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, Qız Qalası yaxınlığında saat 11:00-dan 18:00-a qədər keçiriləcək.

Tədbirdə şəhər sakinləri Koreya kənd təsərrüfatı məhsullarının dadına baxmaq və Koreya milli çay mədəniyyətinin nümayişini izləmək imkanı əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.