Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “Krav maqa” özünümüdafiə üzrə təlim proqramının açılış mərasimi keçirilib

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniya çərçivəsində “Krav maqa” özünümüdafiə üzrə təlim proqramının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, təlim proqramı İsrail səfirliyinin, Azərbaycanın Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev proqram barədə məlumat verib. Qeyd edib ki, təlimin bu günlərdə keçirilməsi heç də təsadüfi deyil. Çünki 25 dekabr - Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü və 10 dekabr isə İnsan Hüquqları Günüdür. Akademiyada gender bərabərliyinə xüsusi önəm verilir, müxtəlif proqramlar reallaşdırılır. Qadınların təhsilli, savadlı və mübariz olmalarının əhəmiyyətini vurğulayan rektor ölkəmizdə insan hüquqlarının, xüsusilə qadınların hüquqlarının qorunmasının prioritet olduğunu deyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək deyib ki, artıq istər dövlət, istərsə də qeyri-dövlət qurumlar, ictimai və ya özəl təşkilatlar öz fəaliyyətlərində gender bərabərliyinin təmin olunmasına xüsusi diqqət ayırır. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumətin qadınların hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi dövlət siyasətinin bariz nümunəsidir. Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu məsələdə xüsusi həssaslıq göstərir və mövzunu daim diqqətdə saxlayır. Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafı ölkədə böyük imkanlar yaradır. Qadınlar yaradılan bu şəraitdən istifadə etməlidirlər. Həyatın hər sahəsində inklüziv olmaq çox önəmlidir.

“Bu gün dünyada hər üç qadından biri öz həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. AQUPDK BMT-nin “Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq Mübarizə Günü” ilə bağlı keçirilən 16 günlük kampaniyasını dəstəkləyir. Məqsədimiz insanların diqqətini bir daha bu həssas məsələyə cəlb etməkdir. Müasir dünyada qadın hüquqları bütün cəmiyyətlərin, həmçinin beynəlxalq siyasətin mühüm hissəsidir və öz həllini gözləyən vacib vəzifələrdəndir”, - deyə Komitə sədri əlavə edib.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında ölkəmizdə qadınların cəmiyyətin həyatında vacib və fəal rol oynadıqlarını xüsusi vurğulayıb. Nazir deyib ki, hazırda Azərbaycanda bir milyondan çox insan idmanla məşğul olur. Bu isə hər beş insandan birinin idmana maraq göstərməsindən xəbər verir. Respublikamızın əksər bölgələrində fəaliyyət göstərən Olimpiya İdman kompleksləri, idman zalları və meydançaları, Bakıda və rayonlarda gənclərə sosial xidmətlər göstərən Gənclər evləri yetişməkdə olan nəslin asudə vaxtının səmərəli təşkilində mühüm rol oynayır. Təəssüf ki, hazırda dünyada qadınlar, xüsusilə də gənc qadınlar zorakılığa məruz qalırlar. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir çox qadınlar zorakılıq və şiddətə məruz qalıb.

A.Rəhimov qeyd edib ki, Azərbaycan dövləti öz vətəndaşlarının bədən tərbiyəsi və idmanla məşğul olması üçün hər şərait yaradıb. Bu sahədə gender balansını saxlamaq üçün qızların və qadınların iştirakına daha böyük diqqət ayrılır, əlavə şərait yaradılır. Müasir dünyada idman insanların, o cümlədən qadınların məşğulluğu üçün yeni imkanlar yaradır. İdmanla bağlı bir sıra tətbiqi sahələr əmələ gəlir. İdman təkcə peşə və ya asudə vaxtın səmərəli təşkili vasitəsi deyil, sağlamlıq və insan hüquqlarının qorunması alətidir.

İsrailin ölkəmizdəki diplomatik missiyası rəhbərinin müavini, müvəqqəti işlər vəkili Avital Rosenberq bir ildən çoxdur Bakıda yaşadığını və ölkəmizdə xeyli sayda fəal, bir çox təşkilatlara ev sahibliyi edən qadınlarla qarşılaşdığı bildirib. O deyib ki, səfirlik hər il beynəlxalq qadınlar və qadınlara qarşı zorakılıqla mübarizə günlərini qeyd etməyi qərara alıb. Məqsəd dünya ictimaiyyətinin diqqətini qadına qarşı zorakılıq hallarının qarşısının alınmasına yönəltməkdir. Qadınlara qarşı zorakılıqla mübarizə Azərbaycanda da daim diqqətdə saxlanılır.

“Krav maqa” döyüş sənəti barədə məlumat verən A.Rosenberq qeyd edib ki, tərcümədə “yaxın döyüş” anlamına gələn “Krav maqa” İsrail hərbçiləri tərəfindən inkişaf etdirilən və hazırda istifadə olunan döyüş sənətlərindən biridir. “Krav maqa” İsrail Silahlı Qüvvələri tərəfindən müəyyən dəyişikliklərə məruz qalıb. Döyüş sənətindən müəyyən öldürücü hərəkətlər çıxarılıb və hazırda İsrail hərbçiləri “Krav maqa”dan özünümüdafiə məqsədilə istifadə edirlər. Bir çox insanın gündəlik həyatda da istifadə edə biləcəyi bu özünümüdafiə sənəti dünyanın 100-dən çox ölkəsində tətbiq olunur.

UNICEF-in Azərbaycandakı səfirinin müavini Min Yuan dünyada qadınlara qarşı zorakılıq və təcavüz hallarından danışıb. Bildirib ki, qadınlara qarşı zorakılıq ümumbəşəri problemdir və bu sosial bəla ilə mübarizə aparmaq üçün bütün mədəni xüsusiyyətlər, ictimai yanaşma modelləri nəzərə alınmalıdır. BMT-nin qəbul etdiyi “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq Konvensiyada birmənalı olaraq göstərilib ki, qadınlara qarşı istənilən formada zorakılığın kökünün kəsilməsi mütləq vəzifələrdən biridir. Bu məqsədə nail olmaq üçün səylər birləşdirilməlidir. BMT-nin Azərbaycandakı nümayəndəliyi, UNICEF bu qəbildən olan tədbirləri dəstəkləyir.

“Krav maqa” Federasiyasının məşqçisi Lilaç Şif bildirib ki, bütün qadınlar necə müdafiə olunmağı bilməlidirlər. “Krav maqa” qəfil hücumlara qarşı müdafiə olunmağı öyrədir. Burada olmağımın məqsədi hər bir qadında özünəinamı artırmaqdır.

Sonra Lilaç Şif Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının zalında qadın tələbələr üçün master-klass keçib, onlara özünümüdafiənin baza fəndlərini nümayiş etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər