İQTİSADİYYAT
Bakıda MBD ölkələrinin dəmir yolu nəqliyyatı rəhbərlərinin iclası keçirilir
Bakı, 15 may (AZƏRTAC). Mayın 15-də Bakıda MBD ölkələrinin dəmir yolu nəqliyyatı rəhbərlərinin səhiyyə sahəsində qarşılıqlı fəaliyyət üzrə Komissiyasının 34-cü iclası öz işinə başlamışdır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, iclasda Azərbaycan, Rusiya Federasiyası, Belarus, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dəmir yolu səhiyyə təşkilatlarının nümayəndələri iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov iclasın işinə uğurlar arzulamışdır.
“Rusiya Dəmir Yolları” ASC-nin vitse-prezidenti, komissiyanın rəhbəri Oleq Atkovun sədrliyi ilə keçən iclasda MDB üzv ölkələrinin dəmir yolu nəqliyyatı rəhbərlərinin dəmir yolu səhiyyə təşkilatlarına müalicəyə göndərilməsi, sanator-kurort müalicəsi xidmətlərinin genişləndirilməsi, qarşılıqlı fəaliyyətlərin prinsipləri və başqa məsələlər müzakirə edilmişdir.
İclasın sonunda müvafiq protokol imzalanacaqdır.