SİYASƏT


Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək

Bakı, 12 oktyabr, AZƏRTAC

Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 12-də Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmələrin komandirləri və digər məsul zabitlərinin iştirakı ilə keçirilən xidməti müşavirədə məlumat verilib.

Müşavirədə Müdafiə naziri oktyabrın sonunda Bakıda keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasının yüksək səviyyədə təşkilinə dair hazırlıq işləri ilə bağlı müvafiq göstərişlər verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.