CƏMİYYƏT


Bakıda Mahatma Qandinin anadan olmasının 150-ci ildönümü qeyd edilib

Bakı, 5 oktyabr, AZƏRTAC 

Hindistanın Azərbaycandakı səfirliyi ölkəsində sülhün və qeyri-zorakılığın müdafiəçisi, azadlıq hərəkatının lideri Mahatma Qandinin anadan olmasının 150-ci ildönümü münasibətilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsakzai, Milli Məclisin deputatları Jalə Əliyeva və Qənirə Paşayeva çıxış ediblər.

Çıxışçılarda qeyd olunub ki, Mahatma Qandi Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndəsi idi. Onun fəlsəfəsinin əsasını zorakılıqla mübarizə və sülhün təbliği təşkil edib. O, bütün dinlərin bərabər olduğuna inanır, Cənubi Afrikada hind toplumunun vətəndaşlıq haqları uğrunda sülhsevər mübarizə aparırdı. Afrikadan Hindistana qayıtdıqdan sonra yoxsul əkinçiləri və fəhlələri ağır vergi siyasətinə və ayrı-seçkiliyə qarşı təşkilatlandırıb. Hindistan Milli Konqresinin liderliyini öz üzərinə götürərək yoxsulluğun azaldılması, qadın azadlıqları, müxtəlif din və etnik qruplar arasında qardaşlıq, kasta və toxunulmazlıq ayrı-seçkiliyinə son qoyulması, ölkənin özünü iqtisadi baxımdan təmin etməsi və ən önəmlisi Hindistanın müstəmləkə vəziyyətindən qurtulması istiqamətində mühüm işlər görüb.

Bildirilib ki, Mahatma Qandi Böyük Britaniyanın Hindistandan aldığı duz vergisinə qarşı 1930-cu ildə təşkil etdiyi "Duz yürüşü" ilə xalqının müstəmləkəçiliyə qarşı mübarizəsinə rəhbərlik edib. Dünyəvi həyatdan uzaq yaşayaraq sadə bir ömür sürüb. O, topluma xidmət edən hər kəsin sadə həyat yaşamalı olduğuna inanıb, mənəvi təmizliyi hər şeydən uca tutub.

Tədbir bədii hissə ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.