MƏDƏNİYYƏT


Bakıda “Maslenitsa” bayramı qeyd edilib

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 14-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində slavyan xalqlarının qədim bayramlarından olan “Maslenitsa” qeyd edilib. Tədbir Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə teatr muzeyinin direktoru Sevinc Mikayılova qədim bayramın tarixi, özəllikləri haqqında məlumat verib. Bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq tanınır. Tarix boyu ayrı-ayrı millətlərin nümayəndələri bu ölkədə sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, dövlətimizin hər bir vətəndaşının gündəlik ünsiyyət vasitəsinə çevrilib.

Qeyd edilib ki, bu gün Azərbaycan əhalisinin milli tərkibində müxtəlif xalqların nümayəndələri arasında ruslar üstünlük təşkil edir. Onlar öz adət-ənənələrini və mədəniyyətlərini qoruyub saxlamaqla yanaşı, ölkəmizin tamhüquqlu vətəndaşları kimi milli bayramlarını da layiqincə qeyd edirlər. Azərbaycan və Rusiya arasında qarşılıqlı və səmimi münasibətlərin göstəricisidir ki, slavyan xalqlarının qədim bayramlarından olan “Maslenitsa” ənənəvi olaraq ölkəmizdə hər il keçirilir. Rusların Pasxadan təxminən ay yarım öncə qeyd etdikləri “Maslenitsa” bayramı qışın yola salınması, yazın gəlişi ilə bağlıdır. Tonqalların qalanması, qışın (köhnəliyin) rəmzi olan “Maslenitsa” müqəvvasının yandırılması bizim Novruz öncəsi qeyd etdiyimiz ilaxır çərşənbələri xatırladır.

Tədbirdə daha sonra “İqray qarmon” rus ansamblının ifasında musiqi nömrələri ifa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.