Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “Media: dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirilib

Bakı, 16 iyul, AZƏRTAC

Milli Mətbuat Günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə iyulun 16-da Bakıda “Media: dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbərliyi, Milli Məclisin deputatları, media təmsilçiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ümummilli lider Heydər Əliyevin kütləvi informasiya vasitələrinin işçilərinə göstərdiyi diqqət və qayğıdan, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkə mətbuatının daha da inkişafı məqsədilə həyata keçirdiyi tədbirlərdən söz açıb. Mübariz Qurbanlı dini radikal qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın önəminə də toxunub. Dövlət Komitəsinin sədri bildirib ki, ölkədə ictimai-siyasi sabitliyin qorunmasında hüquq-mühafizə orqanları ilə yanaşı, kütləvi informasiya vasitələrinin də rolu çox önəmlidir. Mediada milli maraqlar məsələsində həmrəyliyi görürük, bu da vacib məsələlərdən biridir. Qeyd edib ki, bu gün kimlərsə məqsədyönlü şəkildə bəzi məsələləri qabardaraq, din pərdəsi adı altında ictimai-siyasi sabitliyi pozmağa cəhd edir. Əlavə edib ki, bu kimi təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dünyəvi və hüquqi dövlətçiliyimizin əsaslarını sarsıda bilməz.

Mübariz Qurbanlı vurğulayıb ki, din həssas mövzu olduğundan bu mövzuda yazan jurnalistlər ətraflı dini biliklərə malik olmalıdırlar. Media bu mövzuları işıqlandıran zaman diqqətli olmalı, məsələyə həssaslıqla yanaşmalıdır.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan xalqının həyatında mətbuatın çox böyük rol oynadığını deyib. Ə.Amaşov qeyd edib ki, Azərbaycan mətbuatı hər zaman milli və dini dəyərlərə hörmətlə yanaşıb. Azərbaycandan 3 milyona qədər sosial şəbəkə istifadəçisinin olduğunu diqqətə çatdıran Mətbuat Şurasının sədri çıxışında dövlətə qarşı olan bəzi qüvvələrin sosial şəbəkələrdən öz məkrli məqsədlərini yaymaq üçün istifadə etdiyini təəssüflə vurğulayıb. O, kənardan Azərbaycanın daxili siyasətinə müdaxilə etməyin mümkün olmadığını bildirib. Son günlər baş verən hadisələrin İslam dini ilə əlaqəsi olmadığını, ayrı-ayrı qrupların din pərdəsi altında gizlənərək öz niyyətlərinə çatmaq istədiklərini diqqətə çatdıran Ə.Amaşov Azərbaycan mediasının bunu aydın gördüyünü, kütləvi informasiya vasitələrində çalışanlar peşəkarlıq nümayiş etdirərək öz işlərini düzgün şəkildə qurduqlarını deyib.

“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxışında deyib ki, dünyada gedən son proseslər müsəlman dövlətlərinə yaxşı heç nə vəd etmir. Onun sözlərinə görə, bəzi qüvvələr çalışırlar ki, məhz İslamın terror dini olduğunu, terroru ancaq müsəlmanların törətdiklərini sübut etsinlər. B.Sadıqov din adı altında gizlənən ekstremist-radikal qrupların məqam tapan kimi fəaliyyətə başladıqlarını bildirib. “O insanlar ki, respublikamızda sabitliyin pozulmasına çalışırlar, onlar dövlətimizin və xalqımızın düşmənləridirlər. Ancaq hər kəs əmin olsun ki, ölkəmizdə heç vaxt ictimai-siyasi sabitliyin pozulmasına imkan verilməyəcək”, - deyə Milli Məclisin deputatı əlavə edib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev vurğulayıb ki, Azərbaycanda hökm sürən sabitliyə və əmin-amanlığa kölgə salmaq istəyən bəzi qüvvələr həm xaricdə, həm də ölkəmizin daxilində məkrli niyyətlərini həyata keçirməyə ciddi cəhdlə çalışırlar. F.Nurullayev bu cinayət əməllərində İslam dininin adından sui-istifadə olunmasının qətiyyən yolverilməz olduğunu bildirib.

Milli Məclisin deputatı Fazil Mustafa çıxışında dövlət-din münasibətlərindən bəhs edərək dinə göstərilən qayğıdan danışıb. Bu sahədə həyata keçirilən islahatların əhəmiyyətinə toxunan F.Mustafa, eyni zamanda, bir sıra təkliflər irəli sürüb.

Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Gəncədə baş verən hadisələri dinlə bağlamaq cəhdlərini arzuolunmaz hal kimi dəyərləndirib. Bildirib ki, bu, ölkəmizə düşmən olan bəzi qüvvələrin xaricdən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq cəhdidir.

Sonra çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib ki, dövlətimizə və xalqımıza qarşı yönəlmiş terror və təhdidlərlə mübarizədə mətbuat dövlətin və xalqın yanında olmalıdır. Bildirib ki, dini mövzuya müraciət edən jurnalistlər həssaslıq nümayiş etdirməlidirlər.

“APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı deyib ki, milli və dini vəhdət sabitliyin zəmanətidir: “Məhz buna görə qarşıdurma yaratmaq istəyənlər bu incə amili nəzərə alırlar, çünki hazırda bizim ən böyük sərvətimiz sabitliyimizdir. Dini radikalizmlə mübarizəyə toxunan V.Mahirqızı burada təhsil və maarifləndirmənin mühüm rol oynadığını dilə gətirib.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dini məsələlərlə bağlı geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb. Qeyd edib ki, istər cəbhə bölgəsində baş verən hadisələrdə, istərsə də bu cür məqamlarda bəzi internet saytlarının, eləcə də müxtəlif sosial şəbəkə istifadəçilərinin fəallaşması müşahidə edilir. Onun sözlərinə görə, düşmən ölkədəki xüsusi qruplar tərəfindən maliyyələşdirilən bu cür saytların ictimai-siyasi sabitliyi pozmağa cəhd etməsi istisna edilmir.

Konfransda, həmçinin dini radikalizmə qarşı mübarizə, milli-mənəvi, o cümlədən dini dəyərlərin, multikultural və tolerant ənənələrin qorunması və təbliği istiqamətində KİV-in üzərinə düşən vəzifələr barədə müzakirələr aparılıb.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini mövzuları işıqlandıran, milli-mənəvi dəyərlərimizin, tolerant və multikultural ənənələrimizin təbliğində fəallıq göstərən bir qrup jurnalist mükafatlandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk dünyasında törədilən soyqırımları və onların nəticələri – konfrans

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb

BDU Elmi şurasının növbəti iclası

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü VİDEO

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub