Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusunda konfrans keçirilib

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də Bakıda “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Bu layihənin əsas komponentlərindən biri məişət zorakılığının qarşısının alınması, qurbanların müdafiəsi sahəsində müvafiq qurumlararası Əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanmasıdır. Layihənin əsas məqsədi gender əsaslı zorakılığın qarşısının alınması, eləcə də istiqamətləndirmə mexanizminin yaradılması prosesində Azərbaycan hökumətinə dəstək verməkdir.

Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün dünyanın ən mühüm problemlərindən birinin gender əsaslı zorakılığın qarşısının alınması olduğunu bildirib. Hicran Hüseynova deyib: “Bu məsələnin həll edilməsi sahəsində bütün ölkələr dövlət səviyyəsində iş aparır, müxtəlif layihələr həyata keçirir. Azərbaycan da bu prosesdən kənarda qalmayıb. Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul olunub. Prezident İlham Əliyevin dəstəyi ilə qadın hüquqlarının qorunması, xüsusilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. Hakimlər, vəkillər üçün spesifik olaraq keçirilən təlimlər müsbət nəticəsini verir. Artıq son iki ildə məhkəmə qərarlarında bu sahədə qəbul olunmuş qanun və qoşulduğumuz konvensiyalara, o cümlədən “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqqında Konvensiyaya istinad edilir. Dövlət məmurları üçün maarifləndirmə işləri aparılır. Yerli özünüidarəetmə və icra hakimiyyəti strukturlarının nümayəndələri üçün ailə, qadın və uşaq məsələləri üzrə kurslar təşkil olunur. Bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Bu qruplar baş vermiş zorakılıq hallarını araşdırır, qurbanın müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir. Eyni zamanda, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilib. Dövlət Komitəsi müvafiq dövlət qurumları ilə birgə “Məişət zorakılığının qarşısının alınması ilə bağlı” 2016-2018-ci illər üçün tədbirlər planı çərçivəsində müvafiq işlər görüb. Bu günlərdə məişət zorakılığı ilə bağlı onlayn məlumat bankının təqdimatı keçirilib. Banka yığılan məlumatların təhlili problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artıracaq.

Qadınlarımız bilirlər ki, onların arxasında güclü dövlət dəstəyi dayanır. Biz çalışırıq ki, çətin şəraitdə yaşayan, risk qrupuna daxil olan qadınlarımız üçün real tədbirlər görək. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi onların zorakılığa məruz qalma səviyyəsinə də təsir edir. İqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlıdır, özünü daha rahat ifadə edə bilir. Xüsusilə, nisbətən daha aztəminatlı, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir. Bununla bağlı bir neçə bölgədə Qadın Resurs mərkəzləri yaradılıb. Bu sahədə müvafiq dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatları ilə birgə keçirilən layihələr də öz səmərəsini verir. Bu işdə bizə əsas dəstək olan respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva və BMT-nin Əhali Fondu, eləcə də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyidir. Xüsusilə vurğulamaq lazımdır ki, gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün daha effektiv mexanizmlərin yaradılmasına ehtiyac var. Bununla bağlı “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi həyata keçirilir. Bununla bağlı bir sıra mühüm sənədlərin hazırlanması sahəsində tədbirlər təşkil edilib, müvafiq qurumların məsul şəxsləri ilə səmərəli görüşlər keçirilib”.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin Əhali Fondunun ölkə üzrə nümayəndəsi Qulam İshaqzai məişət zorakılığı haqqında qanunvericiliyin təkmilləşdirilməsi barədə danışıb. O deyib: “Azərbaycan hökumətinin ölkədə hər bir qadının zorakılığın bütün formalarından tam müdafiə olunmasının təmin edilməsində qətiyyətli olması təqdirəlayiqdir. Məişət zorakılığı probleminin həlli üçün bir sıra mühüm strateji müdaxilələr edilib. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul edilməsindən sonra məişət zorakılığı halları daxili ailə məsələsi kimi deyil, dövlətin təcili müdaxiləsini zəruri edən hadisə kimi səciyyələndirilib. Bununla belə, zorakılıqdan zərər çəkənlərin müdafiəsini və onların ədliyyə xidmətlərinin bütün mərhələlərində səmərəli yardım almasını təmin etmək üçün müvafiq hüquqi islahatların effektiv qabaqlayıcı və istiqamətləndirmə mexanizmləri ilə müşayiət olunması eyni dərəcədə vacibdir. Bu prosesin gücləndirilməsi üçün biz gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirlərinin görülməsi üzrə hökumətə yüksək səviyyəli texniki yardım göstərmişik. Milli Fəaliyyət Planı və qurumlararası koordinasiya mexanizminin yaradılması üzrə təkliflər paketi çoxtərəfli əməkdaşlığın və müvafiq qurumların koordinasiyasını gücləndirmək məqsədilə hazırlanıb”.

Konfransda iştirak edən ABŞ-ın ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Uilyam Gill bildirib: “Təəssüflər olsun ki, dünyanı öz məngənəsinə alan insan hüquqlarının pozuntusu olan gender əsaslı zorakılıqdan dünyada hər üç qadından biri əzab çəkir. Bu səbəbdən dövlətlər gender əsaslı zorakılığın qarşısının alınmasında həm individual, həm də institusional müstəvidə diqqət ayırmalıdırlar. Bu problemlə mübarizədə müdafiə mexanizmləri ilə yanaşı, qanunvericilik sahəsində islahatlar və təşəbbüslər vacibdir. Mən Azərbaycanda məişət zorakılığının qarşısının alınması ilə bağlı Qanunun qəbul edilməsini böyük nailiyyət hesab edirəm. Ümid edirik ki, birgə səylər nəticəsində gender əsaslı zorakılığın qarşısının alınması üçün effektiv milli istiqamətləndirmə və müdafiə mexanizmi təsis ediləcək”.

“Qadınların hüquqlarının qorunması qloballaşma prosesinin inkişafında mühüm yer tutur”, - deyən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib: “Bu, Azərbaycanın gender bərabərliyi ilə bağlı Qanununda, eləcə də ölkənin siyasi həyatını tənzimləyən bir sıra digər qanunvericilik aktlarında öz əksini tapıb. Siyasi hakimiyyətin iradəsi ilə ölkəmizdə qadınların problemləri ilə məşğul olan komitə yaradılıb və neçə illərdir ki, uğurla fəaliyyət göstərir. Dövlət müstəqilliyinin bərpasından sonra demək olar ki, Azərbaycan qadın hüquqlarının qorunması üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulub və mükəmməl milli qanunvericilik bazası yaradılıb. Hüquqi nöqteyi-nəzərdən demək olar ki, Azərbaycanda kişi və qadınlar arasında qeyri-bərabərlik iqtisadi, sosial, eləcə də siyasi həyatın bütün sahələrində praktik olaraq aradan qaldırılıb. Lakin təəssüf ki, dünyanın bir çox yerində hələ də milyonlarla qadın fiziki, psixoloji, iqtisadi və cinsi zorakılıqdan əziyyət çəkir. Zorakılığın hər bir növü qəbuledilməz və dözülməzdir. Bu baxımdan gender siyasətinin tənzimlənməsi və zorakılıqla mübarizədə effektiv nəticələr əldə etmək üçün təqdim olunan bütün uğurlu layihələr təqdirəlayiqdir. Hazırda təqdim olunan layihə də bu istiqamətdə atılan uğurlu addımlardan biridir”.

Konfransda gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində əlaqələndirmə mexanizminin yaradılması, eləcə də bu sahədə Milli Fəaliyyət Planının hazırlanmasında dəyərli təkliflərin veriləcəyinə ümid bəslədiyini bildirən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib: “Məlum olduğu kimi, BMT-nin insan hüquqlarının qorunmasına dair ilk təməl sənədlərindən biri olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ayrı-seçkiliyin yolverilməzliyini və qadınların da kişilərlə bərabər hüquqlara malik olduğunu bəyan edir. Bəyannamə gələcəkdə bu istiqamətdə həyata keçiriləcək tədbirlərin təməl sənədidir. Bu sənəd bir çox mühüm konfranslarda, eləcə də bir sıra ölkələrin konstitusiyalarında öz əksini tapdıqdan sonra icrası mütləq statusu qazanıb. Bu sənədə əsasən qadına qarşı törədilən zorakılıqla mübarizə BMT-nin qarşıya qoyduğu prioritet məsələlərdəndir.

1993-cü il dekabrın 20-də Baş Assambleya qadınlara qarşı zorakılığın aradan qaldırılmasına yönəlik Bəyannamə qəbul edib və bu sənəd IV Dünya Qadınlar Konfransının platforması ilə birlikdə dünyada qadınlara qarşı zorakılıqla mübarizənin təməlini qoyub. Bu konfrans, eyni zamanda, hər bir dövlətə insan, o cümlədən qadın hüquqları və onlara zorakılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planının qəbul edilməsini tövsiyə edib. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda bu istiqamətdə artıq üç strateji sənəd qəbul olunub. Bu sənədlərdən biri 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunmuş ilk Dövlət Proqramıdır. Sonra Prezident İlham Əliyev tərəfindən 2006-cı ildə Milli Fəaliyyət Planı və 2011-ci ildə Milli Fəaliyyət Proqramı qəbul edilib ki, bu da beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Bu sənədlər hazırda zorakılıqla mübarizə üzrə qurmaq istədiyimiz Milli Fəaliyyət Planında əsl model rolunu oynaya bilər. Belə ki, bu sənədlərin hər birində cinslərin bərabərliyi və bu bərabərliyin təmin olunması üzrə istər qanunvericiliyin təkmilləşməsi, istərsə də bərabər imkanların yaradılması ilə bağlı konkret tapşırıqlar verilir”.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin müdiri Taliyyə İbrahimova Azərbaycanda hazırda bu istiqamətdə həyata keçirilən layihələr və görülən işlər barədə təqdimatla çıxış edib.

Konfransın davamında bir sıra dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının iştirakı ilə gender əsaslı zorakılığın cəmiyyətə vurduğu zərərin müxtəlif aspektləri barədə müzakirələr aparılıb.

Qeyd edək ki, layihə çərçivəsində gender əsaslı zorakılıqla səmərəli mübarizə məqsədilə dəlillərə əsaslanan müdaxilə strategiyalarının hazırlanması üçün regionun ilk Məişət Zorakılığı üzrə Məlumat Bankının təqdimatı keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Naxçıvan şəhərində evdə baş verən yanğın söndürülüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq – EKSKLÜZİV

Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu

NDU-nun kafedra müdiri: Naxçıvanda fiziki məhdudiyyətli uşaqların sayı azalıb

Cari ilin birinci rübündə ixrac edilən xam neft və neft məhsullarının dəyəri açıqlanıb

Emin Əmrullayev: Dünya universitetlərinin reytinq siyahısında yer almaq üçün ixtisaslaşma vacib rol oynayır

Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Birinci rübdə neft koksunun ixracı 7 faizdən çox azalıb

Azərbaycanda Türkiyənin Sığorta Birliyinə bənzər təşkilatın yaradılması nəzərdə tutulur

Məleykə Abbaszadə: Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir - EKSKLÜZİV