MƏDƏNİYYƏT


Bakıda “Mənim gəncliyim – mənim dünyam” adlı rəsm sərgisi açılıb

Bakı, 13 avqust (AZƏRTAC). “Abşeron” Rəsm Qalereyasında “Mənim gəncliyim – mənim dünyam” adlı gənclərin əl işlərindən ibarət rəsm sərgisi açılıb.

Layihəsinin rəhbəri Cəmihə Əliyeva AZƏRTAC-a bildirib ki, sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılıb.

Sərginin açılış mərasimində çıxış edən C.Əliyeva deyib ki, burada 25-ə yaxın yaradıcı gəncin hazırladığı rəsm əsərləri nümayiş olunur. Bu əsərlər vasitəsilə gənclər öz ölkələrində onları valeh edən gözəllikləri bölüşməklə bir növ cəmiyyətə “Bizim dünyamız Azərbaycan”dır mesajını vermiş olublar.

Sonda qonaqlar yaradıcı gənclərin hazırladıqları rəsm əsərləri ilə yaxından tanış olublar.

Yaradıcı gənclərə fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd gənclərin ictimai aktivliyini artırmaq, istedad və bacarıqlarının üzə çıxarılmasına dəstək verməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.