SİYASƏT


Bakıda Mərakeşin milli bayramı qeyd edilib

Bakı, 31 iyul, AZƏRTAC

İyulun 31-də Mərakeşin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - Taxt-tac günü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, qəbulda əvvəlcə Azərbaycanın və Mərakeşin dövlət himnləri səslənib.

Səfir Məhəmməd Adil Embarş tədbirdə çıxış edərək Mərakeşin son illərdə əldə etdiyi nailiyyətlərdən danışıb. Bu tarixin Mərakeş üçün çox önəmli olduğunu deyən diplomat son illər ərzində ölkəsində çox mühüm tədbirlər keçirildiyini bildirib.

Diplomat ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə inkişafına yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm töhfə verdiyini söyləyib. O deyib ki, həm Azərbaycan, həm də Mərakeş öz regionlarında dözümlülük və multikulturalizm mərkəzləridir. Bu ilin sonunda iki ölkə arasında ikitərəfli əməkdaşlıq üzrə birgə komissiyanın növbəti iclası keçiriləcək. Səfir Mərakeşin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qəbulda çıxış edərək əlamətdar gün münasibətilə Mərakeş xalqını Azərbaycan hökuməti adından təbrik edib. O, əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, turizm, kənd təsərrüfatı, energetika daxil olmaqla, müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın genişləndiyini vurğulayıb. Komitə sədri Mərakeşin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini söyləyib.

Azərbaycan ilə Mərakeş arasında ticarət dövriyyəsinin son illərdə 50 dəfə artdığını deyən M.Qurbanlı hər iki ölkənin beynəlxalq müstəvidə bir-birini dəstəklədiyini qeyd edib. Dövlət Komitəsinin sədri Mərakeş yığmasının Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etdiyini bildirib.

Sonda Mərakeş səfirliyi ilə sıx əməkdaşlıq edən qurumlar və şəxslər səfirin xüsusi fərmanları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.