MƏDƏNİYYƏT


Bakıda Metropoliten Operanın “Samson və Dalila” tamaşası nümayiş olunub

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da “Fairmont Baku” otelində yerləşən “İMAX Cinema” kinoteatrında Metropoliten Operanın Fransa bəstəkarı Kamil Sen Sansın məşhur “Samson və Dalila” operası nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, operanın nümayişindən əvvəl ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Haydi Smit çıxış edərək iki ölkə arasında mədəni əlaqələrdən danışıb.

Daha sonra nümayiş olunan tamaşa barədə H.Smit deyib: “Metropoliten Operanın (MET) 2018-2019-cu illər mövsümünün “HD ilə canlı” proqramını Azərbaycanda açıq elan edirik. Nyu-York şəhərində yerləşən Metropoliten Opera tamaşalarının dünya üzrə nümayişi ənənəsi 2006-cı ildən başlayıb, layihədə 70 ölkə iştirak edir. Bu il 2200-dən çox teatr layihəyə qatılıb. MET-in peşəkar tamaşaları hər yerdə təqdim olunur. MET-in təsirli “Samson və Dalila” tamaşası məşhur opera ulduzlarının iştirakı ilə qurulub. Operada Elina Qarança (Dalila), Robero Alaniya (Samson) və azərbaycanlı Elçin Əzizov (Abimeleç) çıxış ediblər”.

Sonra tamaşa təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.