MƏDƏNİYYƏT
Bakıda Misir mədəniyyəti nümunələri nümayiş olunub VİDEO
Bakı, 19 may, Aynur İsmayılova, AZƏRTAC
Mayın 19-da Bakıda, Sabir bağında Milli Turizm Təbliğat Bürosu (MTTB) və Misirin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Misir mədəniyyəti və turizm günü keçirilib. Tədbir IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar İslam ölkələrinin “Mədəniyyət günləri” çərçivəsində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi və MTTB-nin mətbuat katibi Kənan Quluzadə çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Bildirilib ki, məqsəd qədim sivilizasiyaları paylaşan Azərbaycan və Misirin İslam həmrəyliyini göstərməkdir.
Tədbir çərçivəsində Misirin müxtəlif muzey eksponatları, sənətkarların əl işləri, milli mətbəxi təqdim olunub, bu ölkənin mədəniyyətindən bəhs edən viktorinalar keçirilib, hədiyyələr verilib.
Mərasim Misir incəsənət ustalarının konserti ilə davam edib.