Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakıda “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib VİDEO

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də Bakı Konqres Mərkəzində “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşan konfransda 30 ölkədən 150-dək xarici qonaq iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə konfransın əhəmiyyətindən danışıb.

Akademik bildirib ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanda tariximizin öyrənilməsi, zəngin dövlətçilik ənənələrimizin tədqiqi kimi məsələlər prioritet istiqamətlərdən sayılır.

“Bu coğrafiyada Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Şirvanşahlar kimi dünyada tanınan dövlətçilik ənənələrimiz mövcud olub. Şirvanşahlar dövləti bütün atributlara sahib dövlətçilik ənənələri ilə tanınıb. Hər zaman ərazi bütövlüyünü qoruyub saxlayan bu dövlət dahi şair və alimlərin yaşadığı bir mərkəz rolunu oynayıb. Şirvanşahlar dövründə Bakı, Şamaxı və Dərbənddə çox böyük mədəniyyət nümunələri yaradılıb. Prezident İlham Əliyev Şirvanşahlar Sarayının yenidən qurulmasına xüsusi göstəriş verib. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva elmə, elm adamlarına böyük qayğı və diqqət göstərirlər. Maddi mədəniyyətimizin çox qiymətli nümunəsi olan İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu UNESCO-nun Dünya Maddi İrs Siyahısına İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə salınması da təsdiq edir. Həm Şirvanşahlar Saray Kompleksi, həm də Qız qalası Azərbaycan qanunvericiliyi, eləcə də UNESCO tərəfindən dünya əhəmiyyətli abidələr kimi tanınır və qorunur. Bütün bunlara Mehriban Əliyevanın dəstəyi sayəsində nail olmuşuq. Son illər dünya dövlətlərinin tanınmış elm adamlarının xalqımızın zəngin və mədəni tarixinin tədqiqinə marağı artıb. Bu olduqca sevindirici haldır", - deyə akademik vurğulayıb.

AMEA-nın prezidenti qeyd edib ki, konfrans dərin tarixi köklərə, zəngin mədəniyyətə sahib olan və müasir Azərbaycan ərazisində dövlətçiliyin əsasını qoymuş minillik tarixə malik Şirvanşahlar dövlətinin simasında dünya ictimaiyyətinin diqqətini ölkəmizin tarixinin tədqiqinə cəlb etmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Mədəniyyət naziri Əbülfəs Qarayev konfransın keçirilməsini dövlətçiliyimizin dərk edilməsi baxımından çox böyük addım kimi dəyərləndirib: “Şirvanşahlar Asiya ilə Avropanın kəsişdiyi bir coğrafiyada yaranıb və inkişaf edən dövlətlər sırasında yer alıb. Dövlətimiz tərəfindən həmişə tarixi və mədəni abidələrimizə həssaslıqla yanaşılır. Şirvanşahlar Saray Kompleksi Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi sayəsində UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olub”.

Şirvanşahların Azərbaycanın dövlətçilik tarixində mühüm yerlərdən birini tutduğunu söylən nazir deyib ki, bu dövlət xalqımızın dövlətçilik ənənələrinin formalaşmasında əvəzsiz ol oynayıb: “Şirvanşahların himayəsi altında Azərbaycan mədəniyyəti zənginləşib, inkişaf etdirilib. Azərbaycan ədəbiyyatının Nizami Gəncəvi, Xaqani Şirvani, Nəimi, Nəsimi, Seyid Yəhya Bakuvi kimi klassikləri bu dövrdə yaşayıb yaratmışlar. Şirvanşahlardan dövrümüzə Şirvanşahlar sarayı, Bibiheybət məscidi, Bakı qalası, Pirsaatçay xanəgahı kimi onlarca dəyərli tarixi-memarlıq abidəsi miras qalıb. Şirvanşahlar dövründə cərəyan edən mədəni, siyasi və iqtisadi proseslərin Yaxın Şərqə də böyük təsir imkanları olub”.

Belə beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsinin vacibliyini qeyd edən Ə.Qarayev konfransın işinə uğurlar arzulayıb.

Şirvanşahlar dövlətinin tarixi haqqında iştirakçılara məlumat verən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQ) rəisi Əsgər Ələkbərov deyib ki, o dövrdə inşa edilmiş memarlıq abidələri, yazılmış əsərlər dünya irsinin mükəmməl nümunələri sırasında xüsusi yer tutur. Bildirib ki, Şirvan şahlarının iqamətgahının, minillik Şirvan tarixinin ən gözoxşayan tikililərinin İçərişəhər ərazisində yerləşməsi bu konfransın keçirilməsi ilə bağlı ideyanın yaranmasının ən başlıca səbəblərindən olub: “Biz Milli Elmlər Akademiyası ilə birlikdə Şirvanşahlar tarixinə həsr olunmuş konfransın keçirilməsi təşəbbüsü ilə çıxış etdik. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu təşəbbüsü dəstəkləyərək konfransın ən yüksək səviyyədə keçirilməsinə dair müvafiq tapşırıqları verdilər. Düşünürəm ki, bu, dövlət rəhbərliyinin xalqımızın tarixi irsinə verdiyi yüksək dəyəri göstərir, gənc nəsillərə vətənpərvərlik hissini aşılayır, onlarda tariximizə bağlılıq və ona qarşı məhəbbət hissi oyadır”.

“Şirvanşahlar dövləti VI–XVI əsrlər kimi ağır və çətinliklərlə dolu tarixi bir dövrə sinə gərərək çiçəklənə bilib. Azərbaycan və eləcə də dünya ədəbiyyatının böyük simalarından olan Xaqani Şirvani və İmadəddin Nəsiminin o dövrdə yazıb yaratmaları Şirvan şahların poeziya, elm və yaradıcılığa göstərdikləri qayğının bariz nümunələrindən biridir. Məlumdur ki, bu yaxınlarda Azərbaycanda Heydər Əliyev Fondu tərəfindən Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın şəxsi təşəbbüsü ilə İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Şeir, incəsənət və mənəviyyat” şüarı altında birinci Nəsimi Festivalı müvəffəqiyyətlə keçirildi. Nəsimi adı bu gün hamımız üçün mənəviyyat və ziya simvoludur”.

Bildirilib ki, konfransın əsas vəzifəsi yüksək beynəlxalq səviyyədə Şirvanşahlar dövlətinin tarixinə dair yeni araşdırmaların aparılması, gənc tədqiqatçıların Şirvan və ümumilikdə Azərbaycan tarixinin öyrənilməsinə cəlb olunması, milli mədəni irsin təbliği istiqamətində fəaliyyəti genişləndirməkdir.

Konfrans çərçivəsində tanınmış beynəlxalq elm adamlarının İslam aləmində ən uzunmüddətli hakimiyyətə malik Şirvanşahlar dövlətinin memarlığı, arxeologiya, etnoqrafiya, ədəbiyyat, epiqrafiya və fəlsəfəsi mövzularında məruzələri dinlənilib.

Sonra qonaqlar “Şirvan şahları” sənədli filminə baxıblar.

Konfrans panel iclaslarla davam edib.

Konfrans çərçivəsində “Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Muzeyi ilə Moldova İncəsənət Muzeyi və Özbəkistan Dövlət Teymurilər Tarixi Muzeyi arasında əməkdaşlıq barədə memorandumu imzalanıb.

İki gün davam edəcək konfransın mədəni proqramı çərçivəsində iştirakçıların ölkəmizin müxtəlif regionlarına səfəri nəzərdə tutulur.

Bakıda “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin