CƏMİYYƏT


Bakıda “Mübarizə” adlı çoxseriyalı bədii filmin təqdimatı keçirilib

Bakı, 7 noyabr, Həsrət Mahmudova, AZƏRTAC

Noyabrın 7-də Bakıda, “Park Cinema IMAX”da “Mübarizə” adlı çoxseriyalı bədii filmin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, filmin rejissoru və ssenari müəllifi Rəşad Süleymanoğlu təqdimat mərasimində çıxış edərək ekran əsəri barədə məlumat verib. O bildirib ki, filmin əsas süjet xətti Azərbaycan Milli Ordusunda xüsusi təyinatlı bölmədə xidmət edən Mübariz Hüseynovun ətrafında cərəyan edir. Filmin qəhrəmanının Moskvada yaşayan qardaşı Həsən erməni diasporunun üzvləri tərəfindən amansızcasına qətlə yetirilir. Ermənilər cinayəti ört-basdır etməyə çalışsalar da, Mübariz qardaşının tanışlarından biri vasitəsilə qatillərin izinə düşür. Araşdırmalar onu Moskvada şaxələnən erməni diasporu ilə üz-üzə qoyur. Əsl düşmənin təkcə səngərlərdə döyüşən əsgərlər deyil, dünya erməniliyini inkişaf etdirən və bu yolda günahsız insanları qətlə yetirməkdən belə çəkinməyən erməni diasporu olduğu üzə çıxır. Qardaşının qətlini araşdırarkən Mübariz ermənilərin Moskvada törətdikləri bir çox cinayətləri ifşa edir və qisas almaq qərarına gəlir.

Filmdə Mübarizin apardığı haqq mübarizəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov ilə qarşılaşırıq. Qəhrəmanımızın hərb yoldaşı və dostu Mübariz İbrahimov düşmənlə qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Lakin onun mübarizəsini bizim qəhrəmanımız davam etdirir. Beləliklə, mübarizlərin mübarizəsi davam edir.

Qeyd olunub ki, beynəlxalq tərkibli komandanın fəaliyyəti nəticəsində ərsəyə gələn filmin çəkilişləri Bakıda, Moskvada, Nyu-Yorkda, Mayamidə, Parisdə və İstanbulda aparılıb.

Təqdimat mərasimində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ölümündən əvvəl valideynlərinə yazdığı məktub oxunub.

Sonra “Mübarizə” filmi nümayiş etdirilib.

Film böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.