İQTİSADİYYAT


Bakıda “Mürəkkəb IT infrastrukturu əvəzinə bulud həlləri” mövzusunda “hackathon” keçiriləcək

Bakı, 17 iyun, AZƏRTAC

Avqustun 28-dən 30-dək Bakı Olimpiya Stadionunda “Mürəkkəb IT infrastrukturu əvəzinə bulud həlləri” mövzusunda “hackathon” müsabiqəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə “AZCLOUD”un təqdim etdiyi məlumatların rezervlənməsi xidməti, məlumat itkisinin qarşısının alınması və onun idarə edilməsinin maksimal olaraq asanlaşdırılması məsələləri əsas müzakirə mövzusu olacaq.

“Hackathon”da yeni nəsil rabitə növü hesab edilən “Virtual IP telefoniya” xidmətlərindən istifadə, bulud provayderi korporativ bulud infrastrukturunun yaradılması, virtual mühit və fiziki serverlərin istənilən şəkildə təhlükəsizliyinin qorunması, həmçinin virtual mühitdən istifadə zamanı müştərilərin lisenziyalaşdırılmış “Microsoft Windows Server” əməliyyat sistemindən istifadə imkanları da nəzərdən keçiriləcək.

Yerli və xarici mütəxəssislər tərəfindən “Rezervlənmə xidməti”, “Virtual IP Telefoniya”, “Avadanlıqların yerləşdirilməsi”, “Microsoft proqramı təminatının icarəsi”, “Bulud infrastrukturu” və “Təhlükəsizlik həlləri” adlı çıxışların ediləcəyi planlaşdırılır.

Həmçinin “hackathon”un qalibinə 10 min AZN məbləğində pul mükafatı təqdim olunacaq.

Qeyd edək ki, “Hakaton” proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.