MƏDƏNİYYƏT


Bakıda “Naxış-ını seç” adlı moda nümayişi keçiriləcək VİDEO

Bakı, 7 yanvar, A.Həsənova, AZƏRTAC

Yanvarın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində “Naxış” atelyesinin ilk sərgisi və təqdimatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Naxış-ını seç” devizi altında baş tutacaq dəfilədə atelyenin bir-birindən zərif, fərdiliyi önə çəkən geyimlərindən ibarət yeni kolleksiyası nümayiş olunacaq. Sərgidə atelye həmçinin 2016-cı ilin yaz-yay geyimlərini də təqdim edəcək.

“Naxış” atelyesində bir nümunədə hazırlanan paltarlar təkrarolunmaz naxışlarla bəzədilir, rənglərinin harmoniyası isə xanımları diqqət mərkəzində saxlayır. Geyimlərin tikildiyi parçalar Paris və Milandan gətirilir, naxışlar isə bir-bir əllə yığılır. Atelyedə bildirdilər ki, parçaların keyfiyyəti, orijinallığı vurğulayan naxışlar, incə formalar istənilən xanımı diqqətdə saxlaya biləcək. Belə geyimlər dəb trendindən asılı olmayaraq öz naxışı ilə fərqlənmək üçün ən yaxşı seçimdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.