MƏDƏNİYYƏT


Bakıda “Nisan” adlı filmin çəkilişlərinə başlanacaq

Bakı, 25 iyun, AZƏRTAC

İncəsənət Akademiyası və “Eslem” film istehsalçısı, prodüser Yalçın Çoban bu günlərdə Bakıda çəkiləcək filmin hazırlıqlarına başlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyədən gələn İbrahim Bülbülün rəhbərliyi ilə çəkiləcək film üçün Azərbaycan komandaları ilə razılaşma əldə edilib. Sevgi mövzusunda çəkiləcək film “Nisan” adlanır.

“Kurtlar Vadisi” serialından yaxşı tanınan Ərhan Küçük və Canan Nazirovanın rol aldığı film artıq bütün diqqət və marağı özünə cəlb edib.

Filmin premyerasının ölkəmizdə keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.