MƏDƏNİYYƏT


Bakıda “Özbəkistandan qəhrəmanın izi ilə” adlı filmin təqdimatı olub

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ qazisi İbad Hüseynlinin savaş yolundan bəhs edən “Özbəkistandan qəhrəmanın izi ilə” adlı sənədli filminin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, film ölkəmizin Özbəkistandakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə ekranlaşdırılıb.

Filmin təqdimatından əvvəl, araşdırmaçı jurnalist Rizvan Hüseynov ekran əsərinin ssenari müəllifi və rejissoru olan Şöhrət Parlas Salamovun Azərbaycanı öz ölkəsindən də çox sevdiyini bildirib.

Natiq bildirib ki, Qarabağ savaşı zamanı ermənilər Azərbaycan xalqına qarşı kimyəvi silahlardan istifadə edib. Amerikalı müxbir Riçard Lapites isə bu faktı toplayaraq onları ifşa edib.

Şöhrət Parlas Salamov çıxış edərək bildirib ki, bəzi məxfi məlumatlar olduğundan faktları açıb danışmaq olmur. Filmin ideya müəllifi olan Azərbaycanın Özbəkistandakı Səfirliyi çox istəyirdi ki, haqqında danışılan ekran əsəri digər müharibə filmləri kimi olmasın, bir növ yeni təqdimatda olsun. Özbəkistanlı rejissor da onların bu tələbini öz işi ilə yerinə yetirmiş olub.

Müxbir Riçard Lapites belə mötəbər tədbirdə iştirak etdiyindən məmnun olduğunu bildirib.

“O zamanlar Azərbaycan əsgəri köhnə paltarlarda döyüşürdü. Amma indi bu ölkənin güclü ordusu var. 1992-1993-cü illər çox qarmaqarışıq bir dövr idi. Bu bir möcüzədir ki, İbad Hüseynli bu döyüşdən sağ çıxa bilib”, - deyə R.Lapites vurğulayıb.

Sonda çıxış edən şairə-jurnalist Gülşən Behbud İbad Hüseynlinin qəhrəmanlıq yolundan danışaraq onun cəsur bir döyüşçü olduğunu söyləyib.

Sonra filmə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.