Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı başa çatıb YENİLƏNİB 3

Bakı, 15 dekabr, AZƏRTAC

Dekabrın 15-də Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində “Güclü gələcək: sabahın iş yerləri” mövzusunda üçüncü sessiyada Oksford Universitetinin professoru Daniel Susskind əsas mövzuya dair məruzə ilə çıxış edib. O bildirib ki, 2020-ci ilədək dünyada qarşıya çıxacaq ən böyük problem kütləvi işsizlik olacaq. Ona görə, elə kadrlar hazırlanmalıdır ki, onlar müasir dövrün texnologiyası ilə işləməyi bacararaq rəqabət apara bilsinlər. Eyni zamanda, texnoloji sistemləri özləri də hazırlaya bilsinlər. Təəssüf ki, bütün ölkələrdə belə insanların hazırlanması üçün kifayət qədər imkanlar yoxdur.

Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə bürosunun direktor müavini Xoloud Alxaldi bu gün dünyada işsizliyin həddinin 63 faiz olduğunu deyib. O bildirib ki, bəzi regionlarda və ölkələrdə gənclər arasında işsizlik daha yüksəkdir, onlar üçün iş yerlərinin yaradılması ilə bağlı qlobal hərəkat yaradılıb. 2030-cu ilədək qlobal hərəkat gündəliyinə müvafiq olaraq parlament üzvləri, elm xadimləri, QHT-lərin iştirakı ilə gənclər üçün tədbirlərin həyata keçirilməsi, o cümlədən iş yerlərinin yaradılması ilə bağlı alyans təsis olunub. Layiqli iş yerləri ilə bağlı bir sıra mexanizmlər hazırlanıb.

“Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmov deyib ki, dünyada texnologiyaların sürətli inkişafı nəticəsində bir sıra peşələr və iş növləri sıradan çıxacaq, milyonlarla insan iş yerlərini itirməli olacaq. Elm və texnologiyaların inkişafı növbəti 15 il ərzində daha da aktual olacaq. Robotlar artıq son illər ərzində populyarlaşıb və gələcəkdə daha da populyarlaşacaq. Növbəti illərdə bir çox işlərin avtomatlaşdırılmasının şahidi olacağıq. Broker, bank işçisi, hüquqşünas, auditor, kassir kimi peşələr növbəti 10 illər ərzində sıradan çıxacaq. Ona görə də inklüziv dayanıqlı iqtisadi inkişaf üzrə “Hamıya iş yerləri” şüarı altında işlər görülməlidir. Ümumilikdə tendensiya belədir ki, daha çox yaradıcılıq, liderlik bacarıqları yaxşı olanlar üçün iş yerləri aktual olacaq. Milyonlarla insan peşələrini dəyişməsə, işlərini itirəcək. İnsanlar bu riskləri nəzərə almalıdırlar, hökumətlər, qeyri-hökumət təşkilatları insanları maarifləndirməli və stimullaşdırmalıdırlar ki, yeni peşələrə yiyələnsinlər.

R.Rüstəmov Azərbaycanda insan kapitalının gələcəkdə gözlənilən dəyişikliklərə uyğunlaşmağa hazır olduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda ölkəmizin peykləri gənc azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur. 2011-ci ildə “Azərkosmos” ASC yaradılanda xaricdə təhsil almış azərbaycanlı gənclərin ölkəyə qayıtması nəticəsində biz “Azərkosmos” komandasının formalaşdırılmasında heç bir çətinlik yaşamadıq.

Azərbaycan Dövlət İqtisad Universitetində mühazirəçi Fəridə Əsgərzadə, HORİZON Qrupda əlaqələndirici Marqareta Drzeniek və başqaları mövzu ilə bağlı fikirlərini bildiriblər. Çıxış edənlər yeni texnologiyaların gənc işçilərə təsir mexanizmlərindən danışıblar. Həmçinin əmək bazarlarının gücləndirilməsi, təlim tədbirlərinin, investisiyaların artırılması, daha güclü sosial təminat mexanizmlərinin və gender bərabərliyinin təmin edilməsi məsələlərinə dair fikirlərini bölüşüblər.

“Gələcək nəsillər üçün parlamentin atdığı addımlar” mövzusunda sessiyada Kanadanın ətraf mühit və davamlı inkişaf üzrə komissarı Cudi Gelfandın videomüraciəti səslənib.

Panel müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərindən olan deputat Alyaa Alijassim ölkəsinin bu sahədəki təcrübəsindən, gördüyü işlərdən danışıb. Bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri gənclərin özlərini inkişaf etdirməsi üçün lazımi şəraiti yaradır. Müvafiq hakimiyyət dairələri qanunvericilik aktlarının gənclərə təsirini qiymətləndirir. Qanunvericilikdə edilə biləcək dəyişikliklərlə bağlı beynəlxalq meyillər nəzərdən keçirilir.

Macarıstanın gələcək nəsillər üçün sabiq komissarı Sandor Fülöp ombudsman təsisatının tarixi barədə danışıb. O deyib ki, ombudsmanın bütün dünyada 100-dən çox modeli var. Komissar parlament və ombudsman təsisatlarının səylərini birləşdirərək fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edib.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva qeyd edib ki, savadlı, enerjili, yaradıcı gənclər hər bir ölkənin gələcəkdəki gücünü, uğurunu təmin edir. Gənclərin ehtiyaclarının qarşılanması üçün hökumət və parlament birlikdə işləməli, uğurlu gələcək naminə onlara yaxşı təhsil, layiqli əmək təmin etməlidir. Deputat ölkəmizin bu sahədəki mövcud təcrübəsindən danışıb. Gənclərin səlahiyyətləndirilməsinin vacibliyinə toxunan S.Fətəliyeva bildirib ki, Azərbaycanda yüzlərlə gənclər təşkilatı, QHT fəaliyyət göstərir. Onlar bizim sosial həyatımızın ayrılmaz hissəsidir. O, həmçinin ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən dövlət proqramlarından danışıb, Azərbaycanda gənclərə xüsusi diqqət yetirildiyini deyib. 2015-ci ildə keçirilən parlament seçkilərində yaşı 40-dan aşağı olan deputatın seçildiyi diqqətə çatdırılıb. Azərbaycan parlamentinin gənclər və idman komitəsinin Gənclər və İdman Nazirliyi, Gənclər Fondu ilə sıx əməkdaşlıq etdiyi bildirilib.

Milli Məclisin deputatı, həmçinin dünyada mövcud olan təhdidlər haqqında danışıb. Qeyd edib ki, heç bir ölkə, icma, cəmiyyət terrorçuluqdan, ekstremizmdən sığortalanmayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan deputat deyib ki, Azərbaycan ərazisinin 20 faizi iyirmi ildən çoxdur işğal altındadır. Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Panel müzakirələrin iştirakçıları mövzu ilə bağlı fikirlərini səsləndiriblər.

Daha sonra milli parlamentlərdə gənclərin iştirakına dair 2018-ci il Parlamentlərarası İttifaqın hesabatının təqdimatı ilə bağlı iclas keçirilib. İclasda Parlamentlərarası İttifaqın gənclərin iştirak proqramının meneceri Zeina Hilal, Zambiyadan gənclər parlamenti təşəbbüsünün təsisçisi Nava Villi Sitali, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının nümayəndəsi Conas Olsen çıxış ediblər. Bildirilib ki, hesabata əsasən dünyada 30 yaşından cavan deputatların sayı son iki ildə 1,9 faizdən 2,2 faizə qədər artıb. Bu artıma baxmayaraq, dünya əhalisinin 30 yaşdan aşağı olan hissəsi ilə müqayisədə gənc deputatların sayında kəskin azlıq müşahidə olunur. Qırx yaşından aşağı deputatların sayı 2016-cı ildə 14,2 faiz idisə, 2018-ci ildə 15,5 faiz olub. Qırx beş yaşdan aşağı deputatların sayı 2016-cı ildə 26 faiz, 2018-ci ildə 28,1 faiz təşkil edib. Şimal ölkələri yaşı 30-dan aşağı olan deputatların seçilməsinə üstünlük verirlər. Bu rəqəm Norveçdə, İsveçdə və Finlandiyada 10 faiz çoxdur. San-Marino, Qambiya və Venesuela parlamentlərinin aşağı palatalarında onların say fərqi 10 faizdir. Yuxarı palatada bu səviyyəyə yalnız 9,1 faizlə Butan çatır.

Konfransın bağlanış sessiyasında yekun sənədin təqdimatı olub.

Təqdimat zamanı Milli Məclisin deputatı Şahin İsmayilov deyib ki, münaqişələrə son qoymaq lazımdır, çünki münaqişə zonalarında təhsillə məşğul olmaq imkanı məhdud olur. Gələcək nəsillər naminə hüquq və maraqların qorunması və təşviq edilməsi hər kəsin məqsədinə çevrilməlidir.

Milli Məclisin deputatı alternativ enerjidən istifadə etmək üçün yaxşı qanunların qəbul edilməsinin vacibliyinə toxunub. Konfrans çərçivəsində davamlı inkişaf məqsədlərinə çatmaq üçün müzakirələrin aparıldığını deyən deputat bu istiqamətdə səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin biomüxtəlifliyin qorunması, tullantıların idarə olunması, təkrar emalı kimi məsələləri qeyd edib.

Parlamentlərarası İttifaqın Gənclər Forumunun sədri Mourine Osoru Bakının bu konfransa ev sahibliyi etməsinə görə Prezident İlham Əliyevə minnətdarlıq edib. O bildirib ki, təhsil hamı üçün əlçatan, pulsuz olmalıdır. Mourine Osoru, həmçinin təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

Bununla da Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər