ELM VƏ TƏHSİL


Bakıda “Pekin təhsil sərgisi” keçiriləcək

Bakı, 12 noyabr, AZƏRTAC 

Çin hökumətinin “Bir kəmər – bir yol” təşəbbüsünün inkişafı və Azərbaycan-Çin humanitar əməkdaşlığının genişlənməsi çərçivəsində noyabrın 13-də Bakıda “Pekin təhsil sərgisi” keçiriləcək.

Azərbaycan Dillər Universitetindən AZƏRTAC-a bildirilib ki, Çin Xalq Respublikası təhsilinin 70 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan universitetləri ilə yanaşı, Pekinin 15 aparıcı təhsil müəssisəsi də iştirak edəcək. Pekin Bələdiyyəsinin Təhsil Komissiyasının Azərbaycan Dillər Universitetinin dəstəyi ilə təşkil etdiyi sərgidə iştirakçılar Çində təhsil almaq və ölkələrimiz arasında tələbə mübadiləsi imkanları ilə tanış ola biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.