Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB

Bakı, 24 sentyabr, AZƏRTAC

Bakıda “Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfrans keçirilib. Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə baş tutan konfransın əsas tərəfdaşları Azərbaycan Dövlət Turizm Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Futuroloqlar Cəmiyyətinin - Minillik Layihəsinin Azərbaycan Respublikasındakı bölməsi və Bakı Media Mərkəzidir.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən konfransda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov post-COVID dövrünün pandemiyadan əvvəlki dövrdən təkcə sosial davranışların dəyişməsi ilə deyil, texnologiyaların həyatımızda əvvəlkindən daha çox rol oynaması ilə fərqlənəcəyini bildirib. Qeyd edib ki, bu səbəbdən bütün sahələr post-COVID dövrünə hazır olmalı, öz fəaliyyətlərini yeni şəraitə uyğun dizayn etməlidir. Təhsil hər zaman bəşəriyyəti irəli aparan, inkişafı təmin edən lokomotiv rolunu oynayıb. Bu səbəbdən post-COVID dövründə 4-cü sənaye inqilabı perspektivindən təhsilin necə olması məsələsi böyük aktuallıq kəsb edir. Azərbaycanda aqrar təhsilin inkişaf etdirilməsi hər zaman prioritet sayılır. Aqrar kadr bazasının formalaşdırılması və mövcud insan kapitalının daha da təkmilləşdirilməsi əsas fəaliyyət istiqamətlərindən biridir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edərək deyib ki, 4-cü sənaye inqilabının mahiyyətində rəqəmsal transformasiya dayanır: “Rəqəmsal transformasiya bütövlükdə davranış qaydalarının, oyun qaydalarının dəyişməsi, yeni strategiya deməkdir. Rəqəmsal transformasiya insanlarda öz məqsədlərinə çatmaq üçün tamamilə yeni formaların, vərdişlərin formalaşması demədir. “İnsanlar buna hazırdırmı” sualına cavab versək görərik ki, bu məsələdə ciddi bir konservativlik var. Dünyada rəqəmsal transformasiyada ən ciddi konservatizmin olduğu sahə təhsil sahəsidir. Bu səbəbdən təhsilin 4-cü sənaye inqilabı perspektivindən dizaynı vacibdir”.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib ki, konfransda müzakirə olunan mövzu hər kəsi düşündürür: “Yeniliklərə açıq olmaq vacibdir. Dünyada buna yeni bilikləri öyrənmək deyirlər. Biz artıq universitetdən çıxdıqda bizim universitetdə aldığımız biliklər köhnəlmiş olur. Universitetin bu gün bizə verəcəyi ən böyük bilik, bacarıq, qabiliyyət yəqin ki, öyrənmək olacaq. Bizim yeni situasiyalara nə dərəcədə sürətlə adaptasiya olmağımız vacibdir. Çünki rəqəmsal transformasiya dövründə bir gənc öz iş yerini, öz bilik və bacarığını bir neçə dəfə dəyişmiş olacaq”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, Azərbaycan öz sosial dövlət konsepsiyasını elan edib: “COVID dövründə Azərbaycanda distant işə, virtual işə, frilans işə ehtiyac artdı. Post-COVID dövrü isə insanların artıq öyrəşdiyi bu davranışların davamı ilə gələcək. 4-cü sənaye inqilabı, rəqəmsal transformasiya yeni peşələrə ehtiyacı artırdı. Araşdırmalara əsasən, yaxın 10 ildə dünyada mövcud olan peşələrin təxminən 15 faizinə tələbat kəskin aşağı düşəcək və yeni yaranmış peşələrə ciddi ehtiyac yaranacaq. Bu peşə ehtiyaclarını və bu qəbildən olan digər məsələləri nəzərə almaq hər bir dövlətin qarşısında duran əsas çağırışlardan biridir. Bizim çox ciddi şəkildə rəqəmsal transformasiyanı həyata keçirə biləcək mütəxəssislərə ehtiyacımız var”.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında bildirib ki, istənilən sahədə təhsil hər zaman xüsusi önəmə sahib olub: “Təhsil imkanlarının genişləndirilməsi və müasir çağırışlara cavab verməsi cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayır. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm sahəsində də ixtisaslı kadrlara ciddi ehtiyac var. Ölkə rəhbərliyi hər zaman təhsilin inkişafına xüsusi diqqət yetirib. İstər müəllimlərin, istər tələbələrin, istərsə də bütün təhsil alanların sürətlə dəyişən dünyamıza uyğun bilik və bacarıqlarla təmin olunması əsas məqsədimiz olmalıdır”.

Təhsil nazirinin müavini İdris İsayev müzakirə olunan mövzunun çox aktual olduğunu deyib: “Pandemiya dövründə onlayn tədrisin aparılması həm təhsil verənlər, həm də təhsil alanların rəqəmsal bacarıqlarının artmasına səbəb oldu. Bu, postpandemiya dövründə də mövcud yanaşmanın davam etməsinə bir stimul olub. Pandemiya dövründə müşahidə olunan müsbət tendensiyalar postpandemiya dövründə də davam edəcək. Bu auditoriyada rəqəmsal bacarıqlarını fərqli şəkildə və məkanlarda əldə etmiş, fərqli tətbiqləri bacaran insanlar var. Bu bacarıqların əldə olunması, yenidən inkişaf etdirilməsi, onların ömür boyu öyrənmə zəncirinin tərkib hissəsinə çevrilməsi, eləcə də rəqəmsal iqtisadiyyatın tələbləri ilə uzlaşdırılması vacib məsələlərdən biridir”.

İsrailin Azərbaycandakı səfiri Corc Dik konfransın mövzusunun günün çağırışlarına uyğun gəldiyini deyib. O bildirib ki, bilik və bacarıqların texnologiyaların imkanları ilə uzlaşdırılması rəqabət mühitində əlavə üstünlük qazandırır. Rəqəmsal transformasiya dövründə təhsilin yenidən dizaynı bu səbəbdən vacibdir. İsrail dövlətinin Azərbaycana təhsil sahəsində əməkdaşlığa böyük maraq göstərdiyini deyən səfir vurğulayıb ki, iki ölkənin ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi yeni çağırışlara uyğun kadrların hazırlanmasına müsbət təsir göstərəcək.

Daha sonra konfrans işini panel sessiyalarda davam etdirib. Panel sessiyalarda dünyanın 20-dən çox ölkəsindən beynəlxalq ekspertlər onlayn formatda çıxış ediblər. İştirakçılar rəqəmsal transformasiyanın təhsil, aqrar sahəsi, kommunikasiya və texnologiyalara, əmək bazarına təsiri, “Sənaye 4.0 və yeni təhsil texnologiyaları”, “Bilik idarəçiliyi”, “Rəqəmsal kənd təsərrüfatı”, “İqtisadiyyatın rəqəmsallaşması”, “Süni intellekt və etika”, “Rəqəmsal dövr: İqtisadiyyat və təhsil sisteminə təsir” və “Rəqəmsal dövrdə yeni peşələr” kimi mövzularda müzakirələr aparıblar. Beynəlxalq spikerlər “Əmək bazarının yeni rəqəmsal təhsil tələbləri əsasında yenidən qurulması”, “4-cü sənaye inqilabı dövründə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün mövcud olan qlobal siniflər”, “4-cü sənaye inqilabı və “Əşyaların İnterneti” (IoT) üçün yeni bir təhsil yolu”, “Onlayn tədrisin keyfiyyətinin artırılması”, “Ölkələrarası əməkdaşlıq 4-cü sənaye inqilabı üzrə təşəbbüsü dəstəkləyir” və digər mövzularda təqdimatla çıxış ediblər.

Qeyd edək ki, beynəlxalq konfransın məqsədi 4-cü sənaye inqilabının təsirləri və çağırışları ilə yaranacaq yeni formatlı təhsillə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrində baş verən dəyişikliklərə uyğun olaraq bilik və bacarıqların formalaşdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini cəmiyyətə çatdırmaqdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisinin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY