İDMAN
Bakıda “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı ilə veloyürüş keçirilib
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş veloyürüş keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı ilə baş tutan veloyürüşdə Binəqədi Gənclər Evi, müxtəlif gənclər təşkilatları və Azərbaycan milli komandasının xanım üzvləri, həmçinin həvəskar xanım velosipedçilər iştirak ediblər.
40-a yaxın velosipedçinin qatıldığı yürüşə “Azneft” dairəsindən start verilib.
İştirakçılar müəyyən olunmuş marşrutla hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısında veloyürüşü başa vurublar.
Veloyürüşdən sonra xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, noyabr ayının 25-i bütün dünyada Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]
“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik
- 23.04.2024 [11:20]
Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram
- 23.04.2024 [11:01]
Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq
- 23.04.2024 [10:12]
Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir
- 23.04.2024 [01:08]
“İnter” 20-ci dəfə futbol üzrə İtaliya çempionu olub
- 22.04.2024 [23:01]