Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısı keçiriləcək
AzerTAg.az
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 23-24-də Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 24-cü İllik Toplantısı keçiriləcək.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, toplantıda Rəhbərlər Şurası Bankın fəaliyyətini qiymətləndirərək 2021-ci il üzrə maliyyə hesabatlarını təsdiq edəcək. İllik Toplantı çərçivəsində QDTİB, Azərbaycan Hökuməti, AZPROMO və regional biznes assosiasiyalarının iştirakı ilə “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı biznes forum təşkil ediləcək.
Özəl sektor nümayəndələri və ekspertlərin iştirak edəcəyi forumda iqtisadi diversifikasiya məsələləri müzakirə olunacaq, Qara dəniz regionu üzrə biznes rəhbərləri tərəfindən Azərbaycanda və onun regionlarında ticarət və investisiya imkanları diqqət mərkəzində saxlanılacaq.

Xəbərin mətnində orfoqrafik səhv var