İDMAN


Bakıda “Qarabağ Zəfər gecəsi” kikboksinq turniri keçiriləcək

Bakı, 16 iyun, AZƏRTAC

İyulun 2-də Bakıda möhtəşəm “Qarabağ Zəfər gecəsi” kikboksinq turniri keçiriləcək.

Azərbaycan Kikboksinq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək turnirin təşkilatçısı türkiyəli Kürşat Şahinin rəhbəri olduğu “Loca” döyüş klubudur.

Yarışda 4-ü Azərbaycandan, 4-ü isə Türkiyədən olmaqla 8 idmançı dünya millisinə qarşı mübarizə aparacaq.

Azərbaycan millisindən Bəhram Rəcəbzadə, Nehir Rəcəbzadə, Qəşəm Məmmədov, Elşad Şahbazov, türklərdən isə Adəm Bozkurt, Zəhra Doğan, Qalip Çelik və Ali Kelat döyüş gecəsinin iştirakçısı olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.