SİYASƏT


Bakıda Qazaxıstanın milli bayramı qeyd edilib VİDEO

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-də Qazaxıstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik gününün 27-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, deputatlar, xarici ölkələrin səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev çıxış edərək ötən müddətdə ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. Diplomat vurğulayıb ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuş dostluq və qardaşlıq münasibətlərini bu gün dövlətlərimizin başçıları uğurla davam etdirirlər. Azərbaycanı və Qazaxıstanı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri birləşdirir. Ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil və digər sahələrdə əməkdaşlıq mövcuddur.

Səfir əmin olduğunu bildirib ki, qarşılıqlı səylərimiz bundan sonra da münasibətlərin daha da inkişaf etdirilməsinə yönəldiləcək.

Energetika naziri Pərviz Şahbazov milli bayram münasibətilə Qazaxıstan xalqını Azərbaycan hökuməti adından təbrik edib. Nazir bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında həmişə səmimi dostluq münasibətləri olub və bu əlaqələr ölkələrimizin müstəqilliklərini bərpa etdikdən sonra intensiv inkişaf etməyə başlayıb. İki ölkə arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin daha sürətlə inkişafına töhfəsini verir. Nazir Azərbaycan-Qazaxıstan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib. P.Şahbazov əlavə edib ki, Azərbaycan Prezidentinin siyasəti nəticəsində ölkəmiz Qazaxıstanla əməkdaşlığını yeni mərhələdə davam etdirir. Bu gün Azərbaycan və Qazaxıstan bir çox sahələrdə olduğu kimi, energetika sahəsində də uğurla əməkdaşlıq edirlər. Bu cür əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsi yeni enerji layihələrinin reallaşdırılmasına yol açacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.