İQTİSADİYYAT
Bakıda Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə 1-ci donor əlaqələndirmə görüşü keçirilir
Bakı, 16 mart, Ramiz Quliyev, AZƏRTAC
Martın 16-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin həmsədrliyi ilə 1-ci donor əlaqələndirmə görüşü keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə məqsəd yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələri qurmaq, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək və bu istiqamətdə fikir mübadiləsi aparmaqdır.
Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun fəaliyyət istiqamətləri və vəzifələri barədə məlumat verib. Bu ilin may ayında ölkəmizdə keçiriləcək Azərbaycan Beynəlxalq Qida Sənayesi adlı beynəlxalq tədbirin əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm platforma rolunu oynayacağını bildirib.