MƏDƏNİYYƏT
Bakıda “Qız qalası” Beşinci Beynəlxalq incəsənət festivalı keçiriləcəkdir VİDEO
Bakı, 1 may (AZƏRTAC). Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə mayın 7-dən 9-dək Bakıda “Qız qalası” Beşinci Beynəlxalq incəsənət festivalı keçiriləcəkdir.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, Müasir İncəsənət Muzeyinin və “Qız qalası” incəsənət qalereyasının birgə təşkilatçılığı ilə reallaşdırılacaq beynəlxalq festival İçərişəhərdə- Qız qalasının qarşısındakı meydanda təşkil olunacaqdır.
2010-cu ildən etibarən keçirilən festivalın əsas məqsədi Azərbaycanın qədim və sirli abidəsi, Bakının rəmzi olan Qız qalasının dünyada təbliği və tanıdılmasına töhfə verməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:20]
Abdulla Şaiqin mənzil-muzeyində tədbir: “Narkotik asılılığına son!”
- 25.04.2024 [17:54]
Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib
- 25.04.2024 [17:45]
Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək
- 25.04.2024 [17:00]
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 25.04.2024 [16:38]
İstiqlal Muzeyində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
- 25.04.2024 [16:06]
“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub
- 25.04.2024 [16:03]