CƏMİYYƏT


Bakıda “Qızıl Ay” rəsm kursunun rəssamlarının “Yay tətilim” sərgisi keçirilib

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Xətai Sənət Mərkəzində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sosial məsələlər komissiyasının dəstəyi (AQSİA) və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə “Qızıl Ay” rəsm kursunun rəssamlarının “Yay tətilim” sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri, memarlar, incəsənət xadimləri, rəssamlar iştirak ediblər.

Bildirilib ki, sərginin keçirilməsində məqsəd uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcı düşüncəni vərdiş etdirmək, təbiətə, ən əsas da doğma elə, Vətənə məhəbbət, özünü rahat, xoşbəxt hissetmə bacarığını aşılamaqdır. Dəb nümayişinin təşkilində isə məqsəd uşaqlarda özünüifadə və özünütəqdimat bacarığını inkişaf etdirməkdir.

Qeyd edilib ki, uşaqların geyimlərdəki rəng harmoniyası, yay fəslinə aid atributlardan və formalardan istifadə edərək qurduqları kompozisiya onların şəxsi fikirlərinin təcəssümüdür. Tədbirdə “Kids Fasion Design” adlı layihə çərçivəsində dəb nümayişi də keçirilib. Layihə zamanı uşaqlar tərəfindən çəkilən moda eskizləri əsasında yay fəslini xatırladan geyimlər uşaqların özləri tərəfindən nümayiş etdirilib.

Tədbirin sonunda ən yaxşı uşaq geyimlərinə görə mükafatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.