MƏDƏNİYYƏT


Bakıda “Qızıl buta”nın növbəti mükafatlandırma mərasimi olacaq

Bakı, 5 dekabr, AZƏRTAC

Bakıda 2018-ci ilin yekunlarına dair “Qızıl buta” mükafatının təqdimatı keçirəcək. Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzi (DAİM) tərəfindən hər il ənənəvi olaraq keçirilən mərasimdə müvafiq nominasiyalarla səsvermədə qalib olmuş şəxslər mükafatlandırılacaq.

DAİM-nin sədri Zaur Mirzəzadə AZƏRTAC-a bildirib ki, səsvermə bu gündən etibarən dekabrın 17-dək davam edəcək. Budəfəki sorğu, anket-sorğu formasında sosial şəbəkələrdə, həmçinin DAİM-in koordinatorları tərəfindən aparılacaq. Sosial şəbəkələrdə aparılan sorğulara əsasən qaliblər müəyyən olunacaq. Sorğunun nəticələrinə əsasən “Qızıl buta” mükafatı qaliblərə dekabrın sonunda təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.