MƏDƏNİYYƏT


Bakıda “Qloballaşan dünyada musiqi ənənələri” mövzusunda konfrans keçiriləcək

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 26-da Azərbaycan Milli Konservatoriyasında (AMK) Təhsil Nazirliyi və AMK-nın birgə təşkilatçılığı ilə “Qloballaşan dünyada musiqi ənənələri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

AMK-dən AZƏRTAC-a bildirilib ki, iki gün davam edəcək konfransda Türkiyə, Rusiya, ABŞ, Yaponiya, Özbəkistan və Qazaxıstandan olan etnomusiqişünasların, musiqi tədrisi üzrə mütəxəssislərin, professorların, həmçinin bir sıra beynəlxalq ekspertlərin iştirakı və məruzə ilə çıxışı nəzərdə tutulur.

Konfransda “Musiqi ənənələrində qoruyucu mexanizmlər və funksional sistemlər”, “Musiqi ənənəsi mədəni mənsubiyyətin nişanı və rəmzi kimi”, “Etnomuisiqişünaslıqda müasir tədqiqat yanaşmaları”, “Milli musiqi ənənələri və müasir bəstəkar yaradıcılığının qarşılıqlı əlaqələri”, “Eklektik (hibrid, simbiotik) musiqi janr və üslublarında yenilənmə potensialı və multikultural mahiyyəti” və digər mövzuda məruzələr dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.