İQTİSADİYYAT


Bakıda Radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə komissiyanın toplantısı keçirilir

Bakı, 6 iyun, AZƏRTAC

Bakıda Regional Rabitə Birliyinin (RRB) Radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə komissiyanın və onun işçi qruplarının toplantısı keçirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iyunun 8-dək davam edəcək toplantıda RRB-yə üzv olan 7 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkmənistan) 44 mütəxəssis iştirak edir.

Bu komissiyanın toplantısında RRB-yə üzv ölkələr arasında radio-televiziya yayımlarının, radiotezliklərin və mobil rabitə siqnallarının tənzimlənməsi üzrə məsələlərin müzakirəsi aparılacaq.

İclasda 2018-ci ildə keçiriləcək səlahiyyətli konfransa və 2019-cu ildə keçiriləcək Ümumdünya Radiorabitə Konfransına hazırlıq məsələləri də müzakirə ediləcək.

Qeyd edək ki, Radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə komissiya və onun işçi qrupları yeni radiotexnologiyaların tətbiqi ilə ölkələr arasında tezliklərin koordinasiyası üçün prinsip və texniki parametrlərin müəyyənləşdirilməsini həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.