Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illiyi münasibətilə beynəlxalq konfrans keçirilib

Bakı, 17 oktyabr, Əziz Məmmədov, AZƏRTAC 

Oktyabrın 17-də Bakıda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yaradılmasının 30 illiyinə həsr olunmuş “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dünya Veteranları Federasiyasının sədri Dan-Viqqo Berqtun (Norveç), Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus, Ukrayna, Gürcüstan, Bolqarıstan və digər ölkələrin veteran təşkilatlarının rəhbərləri, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının üzvü olan ölkələrin nümayəndələri, veteranlar və ictimai xadimlər iştirak ediblər.

Konfransın əsas məqsədi dünyada sülhün bərqərar edilməsinə töhfə vermək, ölkəmizin tolerantlıq ənənələrini təbliğ etmək, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri, erməni faşizminin mahiyyətini dünya ictimaiyyətinə çatdırmaqdır. Dünyanın 23 ölkəsindən gəlmiş qonaqların iştirakı ilə keçirilən konfransda qlobal və regional təhlükəsizlik məsələləri, habelə İkinci Dünya müharibəsi illərində faşizm üzərində Böyük Qələbənin tarixi və mədəni irsinin əbədiləşdirilməsinə və qorunub saxlanılmasına dair tədbirlər müzakirə edilib.

Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, veteranlar hər bir dövlətin qızıl fondu, cəmiyyətdə mənəvi və əxlaqi dəyərləri müəyyən edən təməldir. O xatırladıb ki, SSRİ parçalananda respublikamız ermənilərin beynəlxalq səviyyədə xainliyinin qurbanı olub, Qarabağ münaqişəsinə cəlb olunub. Bu münaqişə Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına gətirib çıxarıb. T.Ağahüseynov bildirib ki, o dövrdə Azərbaycanda nizami ordu olmayıb, ölkədə siyasi qeyri-sabitlik hökm sürüb. Münaqişə nəticəsində 10 mindən çox adam həlak olub, dəhşətli Xocalı soyqırımı törədilib, bir milyondan çox azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib. Veteranlar təşkilatının sədri deyib: “Azərbaycan xalqı tarixdə müdrik və səbirli xalq kimi ad qazanıb. Biz artıq 25 ildir Qarabağ məsələsinin sülh yolu ilə ədalətli həllinə ümid bəsləyirik. Amma səbir kasasının da daşma həddi var. Hesab edirəm ki, əzəli ərazilərimizi hərbi yolla geri qaytarmaq hüququnu özümüzdə saxlayırıq. 2016-cı ilin aprel hadisələri Azərbaycan ordusunun nəyə qadir olduğunu düşmənlərimizə aydın şəkildə göstərdi”.

Dünya Veteranları Federasiyasının prezidenti Dan-Viqqo Berqtun çıxışında xatırladıb ki, İkinci Dünya müharibəsi iştirakçılarının və şahidlərinin getdikcə azaldığı müasir dövrümüzdə biz tarixi yenidən yazmaq, əsgər və zabitlərin qəhrəmanlığını kiçiltmək cəhdlərinə yol verməmək üçün həmin müharibənin xatirəsini daha böyük qayğı ilə qoruyub saxlamalı və gələcək nəsillərə ötürməliyik.

Sonra konfransda tematik məruzələr dinlənildi.

Müstəqil Dövlətlərin Veteranlar İctimai Təşkilatları Beynəlxalq İttifaqının Əlaqələndirmə Şurası sədrinin müavini Vladimir Tkaçenko bildirib ki, konfransın mötəbər tərkibi göstərir ki, mövzunun aktuallığı təkcə Azərbaycanda deyil, Birliyin digər ölkələrində də müxtəlif kateqoriyalardan olan vətəndaşlar tərəfindən maraqla qarşılanır. Onun sözlərinə görə, müasir dünyada təhlükəsizlik problemi beynəlxalq miqyasda baş verən dərin dəyişikliklərin doğurduğu qlobal çağırışlarla sıx bağlıdır. Vladimir Tkaçenko vurğulayıb: “Yaxın Şərq ölkələrindən milyonlarla qaçqının Avropa ölkələrinə çox böyük axını bu ölkələrin iqtisadiyyatında ciddi dəyişikliklər yaradıb. İqtisadi, siyasi və hərbi problemlərin sıx əlaqədar olması ideoloji amilin rolunun artmasına gətirib çıxarır. Yaranmış şəraitdə MDB ölkələri arasında iqtisadi, siyasi və hərbi sahələrdə sıx əməkdaşlıq, xalqlarımız arasında tarixi dostluğun möhkəmlənməsi mühüm rol oynayır. Vaxtı çatmış problemlərin MDB ölkələri rəhbərlərinin birgə zirvə görüşlərində, habelə prezidentlərin və hökumət başçılarının şəxsi görüşləri zamanı müzakirə olunması ölkələrimizin xalqları arasında əlaqələrin daha da möhkəmlənməsinə kömək edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında bu ilin sentyabrında baş tutan görüşün yekunları da bunu təsdiq edir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının artıq 30 il üzvü olduğu “Müstəqil Dövlətlərin Veteranlar İctimai Təşkilatları Beynəlxalq İttifaqı” da bu əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Sevindirici haldır ki, Azərbaycanda veteranlara xüsusi diqqət yetirilir. Respublika rəhbərliyinin veteran təşkilatlarına daim diqqət və qayğı göstərdiyini qeyd etməmək olmaz. Azərbaycan Respublikasının Prezidenti Böyük Vətən müharibəsi iştirakçılarının və onlara bərabər tutulan şəxslərin pensiya müavinətləri ilə təmin olunması üçün çoxlu sayda Sərəncam imzalayıb. Əlaqələndirmə Şurası respublika veteranlarına bu şəkildə dəstək göstərilməsi barədə Birlik ölkələrinin veteran təşkilatlarını məlumatlandırır və onlara gündəlik fəaliyyətlərində həmin təcrübədən istifadə etməyi tövsiyə edir”.

Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakov “Azərbaycan və Ukrayna veteranları dostluğu” mövzusunda məruzəsində sülh uğrunda mübarizədə veteran təşkilatlarının rolunu qeyd edərək deyib: “Biz Ukrayna əhalisinin təqribən dörddə bir hissəsini birləşdirən veteran təşkilatımızın qarşısında duran çoxsaylı vəzifə və istiqamətləri müəyyən edirik. Müharibənin nə demək olduğunu öz təcrübəsindən çox yaxşı bilən veteranlar uşaqlarının, nəvələrinin və nəticələrinin bu dəhşəti bir daha yaşamaması üçün mümkün olan hər şeyi edəcəklər. Bir tarixi faktı qeyd etmək istəyirəm. Böyük Vətən müharibəsi illərində Ukrayna ərazisi keçmiş Sovet İttifaqının bütün respublikalarından olan milyonlarla vətəndaşın qəhrəmancasına həlak olduğu bir böyük döyüş və şöhrət meydanına çevrilib. Bu gün Xarkovun, Odessanın, Nikolayevin və Herson vilayətinin azad edilməsində Azərbaycan diviziyalarının rolunu qeyd etməyə bilmərəm”.

Milli Aviasiya Akademiyasının hüquqşünaslıq kafedrasının müdiri İbrahim Quliyev vurğulayıb ki, bu konfrans MDB ölkələrinin veteran təşkilatlarının dünyada, o cümlədən regionumuzda sabitliyin hökm sürməsində nə qədər maraqlı olduğunu göstərir. Onun sözlərinə görə, təcrübə mübadiləsi, elmi inteqrasiya olmadan regionda təhlükəsizliyi təmin etmək mümkün deyil və buna yalnız birlikdə nail ola bilərik. Sülhü məhz bu regionda yaşayan bütün xalqların səyi ilə bərqərar etmək olar. Beynəlxalq ictimaiyyət Ermənistandan birmənalı şəkildə tələb edir ki, öz silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarsın. Bu tələb BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində və digər beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb. Ancaq Ermənistan təcavüz nəticəsində yaranmış status-kvo vəziyyətini hər vasitə ilə saxlamağa çalışır. Əgər dünyadakı erməni diasporu həqiqətən öz həmvətənlərinin taleyini düşünürsə, başa düşməlidir ki, Ermənistanın gələcəyi, onun sivil yolla inkişafı qonşu ölkələrlə mehriban qonşuluq münasibətlərinə əməl olunmasını tələb edir. Azərbaycan Qarabağın erməni əhalisinin maraqlarını qorumağa hazırdır, onların muxtar qurum kimi yaşamasına və ən yüksək səviyyədə inkişaf etməsinə zəmanət verir.

Tanınmış politoloq, hüquqşünas alim, professor Oleq Kuznetsov “Ermənistanda nasizmin qəhrəmanlaşdırılması – müasir dünya nizamı prinsiplərinin yenidən nəzərdən keçirilməsi” mövzusunda məruzəsində qeyd edib ki, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin arxivlərində işləyəndə İkinci Dünya müharibəsinə aid faktlara rast gəlib. Bu faktlar əsasında əminliklə demək olar ki, o dövrdə daşnaklar hərbi əsir düşərgələrində saxlanılan insanlara işgəncələr verilməsində, habelə sovet ordusuna qarşı hərbi əməliyyatlarda xüsusi qəddarlıqla iştirak ediblər. BMT Baş Məclisi 2014-cü il dekabrın 18-də “Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bu hallarla bağlı dözümsüzlüyün müasir formalarının eskalasiyasına şərait yaradan digər praktika növlərinə qarşı mübarizə haqqında” Qətnamə qəbul edib. O.Kuznetsov vurğulayıb ki, hərbçilərin hərbi əməliyyatlarda qazanc naminə iştirak edən cinayətkarlardan fərqləndirilməsi əsasən hərbçilərdən və bir vaxtlar çiynində paqon gəzdirən kəslərdən asılıdır. O.Kuznetsov fikrini bu sözlərlə tamamlayıb: “Biz başa düşməliyik ki, tam bir sıra ölkələrdə cinayətkarlar siyasi ambisiyalar naminə milli qəhrəmanlar kimi təqdim edilir. Bu, ilk növbədə, Njde ləqəbli Qaregin Ter-Arutyunyanın Ermənistanda dövlət səviyyəsində qəhrəmanlaşdırılması ilə bağlıdır”.

Respublika Veteranlar Təşkilatı sədrinin müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov “Vətənpərvərlik ölkənin təhlükəsizliyinin təməlidir” mövzusunda məruzə ilə çıxış edərək vurğulayıb ki, vətənpərvərlik xalqın tarixi yaddaşının əksidir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti və hökuməti, respublikamızın vətəndaş cəmiyyəti təsisatları tərbiyə, təhsil, informasiya siyasəti sistemində, ictimai şüurun müxtəlif sahələrində vətənpərvərlik ideyalarının düşünülmüş şəkildə əks etdirilməsi istiqamətində yorulmadan irimiqyaslı iş aparırlar.

Tədbirdə fəlsəfə elmləri doktoru, Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru Nizami Məmmədovun, Rusiya Veteranlar İttifaqı Komitəsi Aparatının rəhbəri, general-leytenant Aleksandr Kravçukun, Gürcüstan Müharibə və Hərbi Qüvvələr Veteranları Mərkəzi İttifaqının sədri Tengiz Şubladzenin, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi əməkdaşı, fəlsəfə elmləri doktoru Nəcibə Mustafayevanın da məruzələri dinlənilib.

Beynəlxalq konfransa Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov yekun vurub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu