MƏDƏNİYYƏT


Bakıda Rizvan İsmayılın fərdi sərgisi açılacaq

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 25-də “Qalereya 1969”da Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın fərdi sərgisi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın müxtəlif üslublarda yaratdığı əsərlər nümayiş ediləcək. O, rəssamlıq, heykəltəraşlıq və memarlıqda tətbiq olunan yeni “Numerologizm” (Əbcədizm) üslubunun yaradıcılarındandır.

Numerologiya - rəqəmlərin bir-biri ilə qarşılıqlı münasibəti və əks-təsiri olan fiziki obyektlər, proseslər, insan həyat və şüurunun sirli əlaqələrinin mövcudluğu ilə bağlı ezoterik (gizli) inanc sistemidir.

Rizvan İsmayıl “İdeal cəmiyyət”, “Özünəqayıdış”, “Müqəddəs”, “Rəqəmsal”, “Üç kitab”, “Sirli mağara”, “Yaşam tərzi”, “Dua anında”, “Fərqli düşüncə”, “Mehriban ailə”, “Həyatın rəngi”, “Yüksəliş”, “Yeni doğuluş”, “İnsan”, “Müqəddəs 40” və s. əsərlərin müəllifidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.