SİYASƏT


Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının ilk iclası keçirilir VİDEO

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının “Azərbaycan-Rusiya strateji tərəfdaşlığı Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf və regional əməkdaşlıq perspektivlərinin vacib amili kimi” mövzusunda ilk iclası keçirilir. Tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Rusiyanın Beynəlxalq Məsələlər Şurası tərəfindən birgə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Rusiya Beynəlxalq Məsələlər Şurasının Baş direktoru Andrey Kortunov, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov və başqaları iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.