İQTİSADİYYAT


Bakıda Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 14-cü iclası keçiriləcək

Bakı, 9 sentyabr (AZƏRTAC). Sentyabrın 12-13-də Bakıda Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 14-cü iclası keçiriləcək.

Azərbaycan Respublikasının Energetika Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda hökumətlərarası komissiya çərçivəsində energetika sahəsində birgə fəaliyyətin əlaqələndirilməsinə dair yüksək səviyyəli işçi qrupunun yaradılması məsələsi müzakirə ediləcək. Eyni zamanda, Rusiyanın Energetika Nazirliyi və Azərbaycanın Energetika Nazirliyi tərəfindən hökumətlərarası sazişə müvafiq olaraq enerji sistemlərinin paralel işləməsinin təmin edilməsi barədə fikir mübadiləsi aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.