CƏMİYYƏT


Bakıda “Sektorlararası gənclər siyasətinin inkişafı və inkişaf edən icmaların gücləndirilməsi” adlı beynəlxalq tədbir keçirilib

Bakı, 22 noyabr, AZƏRTAC

Bakıda “Sektorlararası gənclər siyasətinin inkişafı və inkişaf edən icmaların gücləndirilməsi” adlı beynəlxalq tədbir keçirilib.

“Uğurlu Gələcək” İctimai Birliyi, Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin maliyyə dəstəyi ilə reallaşan layihənin Azərbaycanda keçirilən hissəsini uğurla başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd Şərq Tərəfdaşlığı ölkələrinin gənclər təşkilatlarının gənc liderlərinin gənclər siyasətinə fəal təsir göstərməsi üçün praktik bacarıqlarını inkişaf etdirməkdir.

10 gün davam edən beynəlxalq tədbirdə Moldova, Türkiyə, Macarıstan və Azərbaycandan 29 nəfər iştirak edib. Tədbirdə gənc liderlərdən ibarət qruplar yaradılaraq, onlar üçün təlim kursları və interaktiv oyunlar keçirilib.

Sonda iştirakçı gənclərə Avropa Komissiyasının sertifikatı təqdim olunub.

Qeyd edək ki, layihənin digər hissəsi Moldova və Macarıstanda keçiriləcək. Bu tədbirlərdə yüzlərlə yerli və xarici gənclərin iştirakı nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.