SİYASƏT
Bakıda “Şərq Tərəfdaşlığında birlikdə daha güclüyük. Azərbaycan üçün faydaları?” mövzusunda seminar keçirilib
Bakı, 14 mart, Rauf Hacıyev, AZƏRTAC
Martın 14-də ADA Universitetində "FantazEU" Mədəni İrs Festivalı çərçivəsində səfirlər , Avropa və Azərbaycanın tanınmış ekspertləri tərəfindən “Şərq Tərəfdaşlığında birlikdə daha güclüyük. Azərbaycan üçün faydaları?” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Peloponnes Universitetinin Beynəlxalq münasibətlərin siyasi iqtisadiyyatı üzrə dosenti Panagiota Manoli, Beynəlxalq böhran qrupunun Cənubi Qafqaz regionu üzrə analitiki Zaur Şiriyev, Çexiya Beynəlxalq Əlaqələr Assosiasiyasının Tədqiqat Mərkəzinin tədqiqatçısı Pavel Havlisek və gənc diplomatlar iştirak ediblər.
Tədbirdə Azərbaycan–Avropa İttifaqı əlaqələri, xüsusən də “Şərq tərəfdaşlığı” proqramına qoşulmuş ölkələrdəki siyasi, iqtisadi vəziyyət, bu proqramın üstünlükləri, indiyədək icra edilmiş birgə layihələr və perspektivlər müzakirə edilib.
Sonda gənc diplomatların sualları cavablandırılıb.