İQTİSADİYYAT


Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair üçtərəfli görüş keçirilir VİDEO

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə Azərbaycan, Rusiya, İran rəsmiləri arasında görüş keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak və İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi iştirak edir.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan regionun nəqliyyat və logistika mərkəzində yerləşir. “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycan hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib.

Baş nazirin müavini bildirib ki, görüşün sonunda Bakı Bəyannaməsi imzalanacaq. Bu Bəyannamə regional əməkdaşlığın inkişafına və əlaqələrimizin möhkəmlənməsinə töhfə verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.